No Image

AMAK 19 noyabr tarixində “Yol-nəqliyyat hadisələri qurbanlarının Ümumdünya Anım Günü”-nə həsr olunmuş maarifləndirmə aksiyası keçirdi

20 noyabr 2017 - LAYİHƏLƏR

AMAK 19 noyabr tarixində “Yol-nəqliyyat hadisələri qurbanlarının Ümumdünya Anım Günü”-nə həsr olunmuş maarifləndirmə aksiyası keçirdi. Bu aksiya Baş Dövlət Yol Polisi İdarəsi nümayəndələri və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 Nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagird və müəllim kollektivi çox fəal iştirakı ilə həyata keçirildi. Maarifləndirmə aksiyası zamanı AMAK-ın əməkdaşlarının dəstəyi ilə şagirdlər vətəndaşlar arasında sorğu keçirərək insanları yol hərəkəti zamanı daha diqqətli olmağa və yol hərəkəti təhlükəsizliyinə riayət etməyə çağırdılar. Sorğuda müxtəlif yaş qruplarından insanlar iştirak edərək, yol qəzalarının onlara emosional və fiziki təsirindən danışdılar. İnsanlar yol qəzalarının aradan qaldırılması üçün belə tədbirlərin və aksiyaların daha tez-tez keçirilməsini təklif etdilər. Hər bir sorğu iştirakçısına Yol Hərəkəti Təhlükəsizliyi, avtomobillərdə uşaq oturacaqları və onlardan düzgün istifadə qaydası, yol hərəkəti təhlükəsizliyinə dair bir sıra maraqlı faktlar və AMAK haqqında məlumatı əks etdirən bukletlər paylandı.