No Image

Məxfilik siyasəti

İnternet səhifəsindən istifadə qaydaları

Bu səhifə Siz bizim servisdən istifadə etdiyiniz zaman Sizin Şəxsi məlumatlarınızı toplamaq, istifadə etmək və açıqlamaq siyasətimizlə Sizi tanış etmək məqsədi daşıyır.

Biz Sizin məlumatlarınızı bu Məxfilik Siyasətində göstərilmiş şəxslərdən başqa heç kimlə paylaşmayacaq və bu Məxfilik siyasətində göstərilmiş məqsədlərdən başqa heç bir məqsəd üçün istifadə etməyəcəyik.

Biz sizin Şəxsi məlumatlarınızı Azərbaycan Milli Avtomobil Klubunun (bundan sonra AMAK) məqsəd və vəzifələrindən irəli gələrək təqdim edilən Xidmətin göstərilməsi və inkişaf etdirilməsi üçün istifadə edirik. Xidmətdən istifadə etməklə siz məlumatlarınızın bu siyasətə uyğun toplanmasına və istifadəsinə razılıq verirsiniz.

Məxfilik Siyasətimizə və saytımızdakı digər qayda və ya təlimatlara, birlikdə bizim “Hüquqi Qaydalar” deyə müraciət edirik. Siz bizim veb-sayta daxil olmaqla bilavasitə və ya dolayı yolla bizim Hüquqi Qaydalarımızla razılaşırsınız. Bizim Hüquqi Qaydalarla razı olmadığınız halda, xahiş edirik bizim veb-saytdan istifadə etməyin.

Məlumatın Toplanması və İstifadəsi

Bizim Xidmətdən istifadə edərkən, biz Sizdən Sizin şəxsiyyətinizi müəyyən etmək və ya Sizinlə əlaqə yaratmaq məqsədi ilə müəyyən şəxsi məlumatlarınızı təqdim etməyinizi xahiş edə bilərik. Şəxsi məlumatlara Sizin elektron poçt ünvanınız, adınız, telefon nömrəniz, yaşayış ünvanınız və digər məlumatlar (“Şəxsi məlumatlar”) daxildir. Şəxsi məlumatların siyahısı yuxarıda adları çəkilənlərlə məhdudlaşmır.

Əlaqələr

Biz yeniliklərin, marketinq və təşviqat xarakterli məlumatların və Sizin üçün maraqlı ola biləcək digər məlumatların çatdırılması üçün Sizin Şəxsi Məlumatları istifadə etməklə Sizinlə əlaqə yarada bilərik.

Təhlükəsizlik

Sizin Şəxsi Məlumatlarınızın təhlükəsizliyi bizim üçün vacibdir, lakin nəzərə alın ki, İnternet vasitəsilə edilən heç bir məlumat ötürmə vasitəsi və ya heç bir elektron məlumat saxlama üsulu 100% təhlükəsiz deyil. Baxmayaraq ki, biz Sizin Şəxsi Məlumatlarınızı qorumaq üçün münasib müdafiə metodlarından istifadə edirik, məlumatlarınızın tam təhlükəsizliyinə zəmanət verə bilmirik.

Digər Veb-saytlarla Əlaqə

Bizim Xidmətdə bizim tərəfimizdən işlədilməyən veb-saytlara keçidlər ola bilər. Siz həmin keçidlərə kliklədiyiniz zaman üçüncü tərəflərin veb-saytına göndəriləcəksiniz. Biz Sizə daxil olduğunuz hər bir veb-saytın Məxfilik Siyasətini oxumağınızı təkidlə tövsiyə edirik.

Bizim üçüncü tərəflərin veb-saytlarının və ya xidmətlərinin məzmunu, məxfilik siyasətləri və ya praktikaları üzərində heç bir nəzarətimiz yoxdur və onlara görə hər hansı bir məsuliyyət daşımırıq.

Uşaqların Təhlükəsizliyi

Bizim xidmətlər 16 yaşdan aşağı şəxslər (“Uşaqlar”) üçün nəzərdə tutulmayıb.

Biz qəsdən 16 yaşdan aşağı şəxslərdən onların şəxsiyyətini təsdiq edəcək məlumatları toplamırıq. Əgər Siz valideyn və ya qəyyumsunuzsa və övladınızın bizə hər hansı Şəxsi Məlumatı ötürdüyünü bilirsinizsə, xahiş edirik, bizimlə əlaqə saxlayın. Əgər biz 16 yaşdan aşağı uşaqların valideyn razılığını almadan bizə Şəxsi məlumat ötürdüyünü aşkarlasaq, biz həmin məlumatların serverlərimizdən silinməsi üçün addımlar atırıq.

Məxfilik Siyasətinə Düzəlişlər

Biz hazırkı Məxfilik Siyasətinə vaxtaşırı dəyişikliklər etmək hüququna malikik. Biz Sizi dəyişikliklər haqqında yeni Məxfilik Siyasətini bu veb-səhifədə paylaşmaqla xəbərdar edəcəyik.

Biz Sizə bu Məxfilik Siyasətini vaxtaşırı oxumağı tövsiyə edirik. Məxfilik Siyasətinə istənilən dəyişiklik yeni Məxfilik Siyasəti bu veb-səhifədə yerləşdirilən andan qüvvədə sayılacaqdır.

Bizimlə Əlaqə

Məxfilik Siyasəti haqqında hər hansı sualınız olduğu halda bizimlə əlaqə saxlayın.

Məhdud İcazə

AMAK Sizə bizim xidmətlərimizdən istifadə etmək üçün və bizim Hüquqi Qaydalardan kənara çıxmamaq şərtilə bizim veb-sayta qeyri-ekslüziv, başqasına ötürülə bilməyən və geri alına biləcək giriş hüququ verir.

Müəllif Hüquqları və Ticarət Nişanları

Başqa cür nəzərdə tutulmayıbsa, veb-saytda olan bütün video kliplər, dizaynlar, şəkillər və fotoşəkillər, brend adları, loqolar və veb-saytda yazılı və ya digər formada göstərilən bütün məlumatlar AMAK-a mənsub olan və onun tərəfindən nəzarət olunan qeydiyyata alınmış və alınmamış ticarət nişanları, xidmət nişanları və / və ya digər əqli mülkiyyət hesab olunur (“Əqli mülkiyyət”). Bizim veb-sayt ümumilikdə müəllif hüquqları və əmtəə nişanları ilə qorunur. Veb-saytdakı heç bir məlumat, veb-saytda olan hər hansı əqli mülkiyyətin, sahibinin əvvəlcədən yazılı razılığı olmadan, istifadəsinə dolayı icazə, həvəsləndirmə və ya hüquq verilməsi kimi başa düşülməməlidir. AMAK öz əqli mülkiyyət hüquqlarını qanunun bütün ciddiyyəti ilə müdafiə edir. AMAK-ın adı və loqosu AMAK-ın öncədən yazılı icazəsi olmadan, bizim saytda reklam, təbliğat və digər xarakterli məlumatların paylaşması də daxil olmaqla, heç bir məqsədlə istifadə oluna bilməz. AMAK-ın əqli mülkiyyətindən ədalətli istifadə, düzgün məlumatlandırılma vasitəsilə mümkündür. Bizim veb-saytda adları çəkilən məhsullar və şirkət adları onların sahiblərinin əqli mülkiyyəti ola bilər.

Üçüncü Şəxslərin Veb-saytlarına Keçidlər

Bizim veb-saytdan digər şəxslərin sahib olduğu və onlar tərəfindən idarə olunan veb-saytlara keçidlər ola bilər. AMAK həmin veb-saytlara və onların içindəkilərə nəzarət etmir və onlara görə məsuliyyət daşımır. AMAK-ın öz veb-saytında bu tip keçidləri yerləşdirməsi, başqa cür qeyd olunmayıbsa, həmin materiallardan istifadəni təşviq etmək, həmin veb-saytın sahibi ilə hər hansı əlaqənin olması və ya onun tərəfindən sponsorluğun mövcudluğu kimi anlaşılmamalıdır.

Texniki və Digər Problemlərə görə Məsuliyyət

AMAK Sizin bizim veb-saytla əlaqəli fəaliyyətinizə və fəaliyyətsizliyinizə, bizim saytın istifadəsi zamanı kompüterinizə, məlumatlarınıza dəyən zərər və digər zərərlərə görə məsuliyyət daşımır.

AMAK veb-saytdan Xidmətlərin göstərilməsi üçün müəyyən Şəxsi Məlumatları tələb edir. Həmin məlumatların düzgün daxil edilməsi (yəni, qrammatik səhvlərə yol vermədən və tam doğru məlumatların veb-saytdakı müvafiq yerlərə yazılması) istifadəçinin vəzifəsidir. AMAK hər hansı məlumatın səhv daxil edilməsinə görə Xidmətdən imtina etmək hüququnu özündə saxlayır.