Suallarınız var?

AMAK xidmətləri ilə bağlı tez-tez verilən əsas suallar və onlara cavablar aşağıda toplanmışdır. Siyahıda soruşmaq istədiyiniz sual olmazsa və ya cavab sizi qane etməzsə bizimlə əlaqə saxlayıb, sualınıza cavab ala bilərsiniz.

  • AMAK haqqında
    • AMAK nədir?

      1999-cu ildə təsis olunmuş Azərbaycan Milli Avtomobil Klubu (AMAK) 2015-ci ildə 140 ölkədən olan 235-dən çox avtomobil klubunun və 80 milyondan çox şəxsin üzv olduğu Beynəlxalq Avtomobil Federasiyasına (FIA) səsvermə nəticəsində üzv qəbul edilmiş ictimai birlikdir. FIA-ya üzvlük AMAK-a mobillik sahəsində geniş beynəlxalq təcrübə və biliklərdən faydalanmaq, bu bilik və təcrübənin Azərbaycanda tətbiqi, beynəlxalq layihələrdə iştirak və digər üstünlüklər verir.

      Dünya Səhiyyə Təşkilatının statistikasına əsasən, hər səkkiz dəqiqədən bir, dünyada bir uşaq yol qəzasında həyatını itirir. Yol qəzalarında uşaq həyatlarının itirilməsi sözün əsl mənasında epidemiyaya çevrilib və gələcək onilliklərdə əhali sayının və səyahətlərin artımı ilə əlaqədar olaraq, əfsuslar olsun ki, bu göstəricilərin də artması gözlənilir. AMAK əsas fəaliyyət istiqamətlərindən biri kimi, Baş Dövlət Yol Polisi İdarəsi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi (İSİM), Həyat Beynəlxalq Humanitar təşkilatı, Birləşmiş Krallığın Azərbaycandakı Səfirliyi, Təhlükəsiz və Davamlı Nəqliyyat üçün Şərq Alyansı (EASST), Beynəlxalq Avtomobil Federasiyası (FIA), ADA Universiteti, Bakı Mühəndislik Universiteti, AvtoStop Media və digər qurumlarla əməkdaşlıq edərək Azərbaycanda sürücülər və piyadalar arasında yol mədəniyyətini inkişaf etdirmək məqsədilə müxtəlif maarifləndirmə, təlim və tədqiqat layihələri, beynəlxalq səviyyəli kampaniyalar vasitəsilə yol hərəkəti təhlükəsizliyini təbliğ edir.

    • AMAK nə kimi xidmətlər təklif edir?

      AMAK üzvlərə 24/7 yol yardım xidmətləri, lisenziyalaşdırılmış xidmət təminatçıları tərəfindən avtomobil – mobillik üzrə xidmətlər və məsləhətlər, sürücülər üçün təlim proqramları, klub üzvləri üçün eksklüziv bonus və endirim proqramları təqdim edir.

      Xidmətlər haqqında ətraflı məlumatı www.amak.az internet səhifəsindən və ya *5858 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.

    • FIA nədir?

      140 ölkədən 235 avtomobil və idman avtomobil klublarının 80 milyon üzvündən ibarət  Beynəlxalq Avtomobil Federasiyası (FIA) 1904-cü ildə yaradılmışdır. FIA-nın məqsədi təhlükəsiz, münasib və təmiz nəqliyyat sistemlərinin hər kəs üçün əlçatan olmasını təmin etməkdir. FIA haqqında əlavə məlumatı www.fia.com internet səhifəsindən əldə etmək olar.

  • Məlumat mənbələri
    • AMAK xidmətləri haqqında məlumatları necə əldə etmək olar?

      AMAK xidmətlərinə dair məlumatlar 24/7 rejimdə fəaliyyət göstərən əlaqə mərkəzinə *5858 nömrəsinə zəng etməklə və ya AMAK saytı vasitəsi ilə əldə edilə bilər. Ən son xəbərlər və təkliflər barədə xəbərdar olmaq üçün elektron poçtla www.amak.az saytından qeydiyyatdan keçə bilərsiniz.

  • Üzvlük
    • AMAK-a kim üzv ola bilər?

      AMAK-a yetkinlik yaşına çatan, qanunvericiliklə müəyyən olunmuş qaydada nəqliyyat vasitəsi üzrə idarəetmə, sahiblik və sərəncam vermək hüququ olan və / və ya nəqliyyat vasitəsinə malik olmayan AMAK üzvlük kartına sahib olan hər bir anlaqlı şəxs üzv ola bilər.

    • Qeydiyyatdan keçmək və üzvlük kartını necə əldə etmək olar?

      Qeydiyyat və üzvlük kartının sifarişini www.amak.az internet səhifəmizdən etmək olar. Ödənişi www.amak.az internet səhifəmizdən üzvlük paketini aldığınız zaman bank kartı və ya nağd olaraq etmək olar.

      Üzvlük paketi əldə etmək üçün amak.az saytına daxil olub sağ üst tərəfdə "Qeydiyyat" düyməsini seçmək və şəxsi kabineti əldə etmək üçün şəxsi məlumatları daxil etmək lazımdır. Bununla üzvlük kartını sifariş etmiş olursunuz.

      Paketinizlə bağlı məlumat və əməliyyatları şəxsi kabinetinizdən izləyə bilərsiniz. 

    • Ödənişi necə etmək olar?

      Ödənişi www.amak.az internet səhifəmizdən üzvlük paketini aldığınız zaman bank kartı və ya nağd olaraq etmək olar. Ödənişin məbləği haqqında məlumatları 24/7 rejimdə fəaliyyət göstərən əlaqə mərkəzinə, *5858 nömrəsinə zəng etməklə və ya www.amak.az internet səhifəsində əldə edə bilərsiniz. 

    • Kluba üzvlük haqqı nə qədərdir?

      Starter üzvlük paketi ödənişsizdir. Pro üzvlük paketi 99 AZN, VIP üzvlük paketi isə 299 AZN təşkil edir.

    • AMAK üzvlük kartımı necə əldə edəcəyəm?

      Ödəniş etdikdən sonra sizin AMAK üzvlük kartınız qeydiyyat zamanı qeyd etdiyiniz ünvana 10 iş günü ərzində AMAK tərəfindən çatdırılacaq.

    • AMAK üzvlük kartımı nə vaxtdan istifadə edə biləcəyəm?

      AMAK üzvlük kartınız onlayn qeydiyyatdan sonra aktivləşəcək və onu artıq istifadə edə biləcəksiniz.

    • AMAK üzvlük kartımın etibarlılıq müddəti nə qədərdir?

      Pro və VIP kartlarının istifadə müddəti 1 (bir) il təşkil edir. Starter kartının istifadə müddəti 90 gündür. Üzvlük kartlarının istifadə müddəti bitdikdən sonra həmin kartlar üzrə bonus və endirim proqramı daxil olmaqla bütün imtiyazlar ləğv edilir.

      Üzvlük paketləri çərçivəsində hər hansı bir və ya bir neçə xidmət kateqoriyası üzrə pulsuz xidmətlərdən istifadə bitdikdən sonra, üzv endirimli qiymətlərlə eyni xidmətlərdən müvafiq ödəniş etməklə istifadə edə bilər.

    • Ödənişsiz xidmətlərdən bəzilərini hələ də istifadə etməmişəm, lakin üzvlük kartımın etibarlılıq müddəti bitib, bu zaman bu xidmətləri növbəti ilə keçirə bilərəmmi?

      Təəssüf ki, xeyr. İstifadə olunmamış xidmətlər üzvlük paketinin etibarlılıq müddəti bitdikdən sonra istifadə oluna bilməz, çünki, bu xidmətlər növbəti ilə ötürülmür. Lakin, kartınızın etibarlılıq müddəti bitdikdən sonra bir ay ərzində üzvlük paketinizi yeniləsəniz, bonuslar növbəti ilə keçəcək.

    • AMAK üzvlük paketlərinə daxil olan hər hansı xidmətin və ya bir neçə xidmətin istifadə limiti keçərsə, lakin üzvlük paketinin istifadə müddətinin bitməsinə vaxt qalarsa, nə etməli?

      Üzvlük paketləri çərçivəsində hər hansı bir və ya bir neçə xidmət kateqoriyası üzrə pulsuz xidmətlərdən istifadə bitdikdən sonra, üzv endirimli qiymətlərlə eyni xidmətlərdən müvafiq ödəniş etməklə istifadə edə bilər.

  • Təcili yol yardım xidməti
    • Təcili yol yardımı xidməti nədir və ondan necə faydalanmaq olar?

      Təcili yol yardımı xidməti dedikdə avtomobildə olan kiçik texniki nasazlıqların operativ qaydada bilavasitə yerindəcə aradan qaldırılması nəzərdə tutulur. Buraya akkumulyatorun doldurulması, təkərin dəyişdirilməsi, zədələnmiş təkərin təmiri, ötürücünün (datçiklərin) dəyişdirilməsi, mühərrik yağının əlavə edilməsi, işıq lampalarının dəyişdirilməsi, şüşə təmizləyən fırçaların dəyişdirilməsi və su qabının doldurulması, antifrizin əlavə edilməsi, elektron açar batareyasının dəyişdirilməsi, elektrik sistem qoruyucusunun dəyişdirilməsi, ehtiyat yanacağın çatdırılması və sairə xırda texniki xidmətlər daxildir.

      AMAK üzvlərinə müvəqqəti təmir sayılan təcili yol yardımı xidməti Bakı və Xırdalan şəhərlərində həftənin hər günü 24 saat ərzində təmin olunur. Məqsədimiz yolda avtomobilin müvəqqəti təmirini təmin etməkdir, lakin, bu mümkün olmadığı halda, sizin avtomobiliniz yaxınlıqda olan avtomobil təmir mərkəzinə evakuasiya olunacaq.

      Bu xidmətdən yararlanmaq üçün mütləq *5858 nömrəsinə zəng etməlisiniz, əks halda sürücü tərəfindən birbaşa təşkil olunan təcili yol yardımı xidmətinə görə AMAK tərəfindən heç bir ödəniş olunmayacaq.

      Üzvlük kartınızın özünüzlə olması və tələb edildikdə təqdim edilməsi şərtdir. Üzvlük kartı təqdim olunmadıqda, AMAK-ın xidmətin göstərilməsindən imtina etmək hüququ vardır.

      Təcili yol yardımı xidmətindən Pro paketində 5, VIP paketində isə limitsiz şəkildə ödənişsiz yararlanmaq olar. Bu xidmət Starter paketinə daxil deyil. 

      Qeyd: Təcili yol yardımı xidmətindən istifadə limitini keçdiyiniz təqdirdə belə, endirimli qiymətlərlə bu xidmətdən istədiyiniz qədər faydalana bilərsiniz.

    • Təcili yol yardım xidməti müraciətdən sonra nə qədər müddət ərzində göstəriləcək?

      Təcili yol yardım xidmətini müraciətdən sonra mümkün qədər tez bir vaxt ərzində təmin etməyə çalışırıq. Bu vaxt bir neçə şərtlərdən asılıdır ki, buraya sizin avtomobilin yerləşdiyi yerə çatma vaxtı, verilmiş düzgün koordinatlar, tıxaclar və s.

    • 24/7 əlaqə mərkəzi *5858 nə kimi xidmət göstərir?

      Avtomobil ilə bağlı hər hansı problem yaranarsa, AMAK-ın üzvləri üzvlük imkanlarından yararlanmaq üçün 24/7 rejimində fəaliyyət göstərən əlaqə mərkəzinə zəng etməlidirlər. Əlaqə mərkəzində texniki heyət ilkin olaraq avtomobil ilə bağlı nasazlığı telefon vasitəsilə həll etməyə cəhd göstərəcək. Bu mümkün olmadığı halda, avtomobilinizin olduğu yerə texniki işçi göndəriləcəkdir. Təcili yol yardım işçisi avtomobilinizi işlək hala gətirə bilməzsə, avtomobiliniz istəyinizə və seçiminizə uyğun olaraq ya servis mərkəzinə, ya da hər hansı digər ünvana evakuasiya ediləcəkdir.

      Qeyd: AMAK əlaqə mərkəzi ilə əlaqə saxlamadan servis mərkəzlərinə müraciət edib xidmət alan şəxslər xidmətdən istifadə üçün məsuliyyəti özü daşıyır.

  • Evakuator xidməti
    • Evakuator xidmətindən necə yararlanmaq olar?

      Nəqliyyat vasitəsi evakuasiya edildikdən sonra, təmir üçün əməkdaşlıq etdiyimiz servis mərkəzlərindən birinə və ya istəyinizə görə digər xidmət mərkəzinə aparıla bilər. Biz, həmçinin, avtomobilin ev ünvanına çatdırılmasını da təmin edə  bilərik. Bütün hallarda, avtomobilin təmirinin xərcləri onun sürücüsü tərəfindən əhatə olunur.

      Evakuasiya xidməti 25 km məsafəyədək ödənişsiz təşkil olunur, Bakı və Xırdalan şəhərlərinin istənilən yerinə çatdırılmanı nəzərdə tutur.

      Bu xidmətdən istifadə sayı üzvlük paketindən asılı olaraq dəyişir. Xahiş olunur, üzvlük paketinizlə yaxından tanış olasınız.

      Qeyd: Evakuator xidmətindən istifadə limitini keçdiyiniz təqdirdə belə, endirimli qiymətlərdən istədiyiniz qədər faydalana bilərsiniz.

    • Hansı hallarda evakuasiya xidməti göstərilmir?

      Qanunla məhdudlaşdırılmış hallar istisna olmaqla, bütün hallarda evakuasiya xidməti göstərilir.

    • Evakuasiya xidməti müraciətdən sonra nə qədər müddət ərzində göstərilir?

      Evakuasiya xidmətini müraciətdən sonra mümkün qədər tez bir vaxt ərzində təmin etməyə çalışırıq. Bu vaxt bir neçə şərtlərdən asılıdır ki, buraya sizin avtomobilin yerləşdiyi yerə çatma vaxtı, verilmiş düzgün koordinatlar, tıxaclar və s.

  • Təkər xidməti
    • Təkər xidmətindən necə faydalanmaq olar?

      Təkər dəyişmə: üzvün ehtiyat təkəri olduğu halda, yolda təkərin dəyişdirilməsi xidmətini nəzərdə tutur. Bu xidmət üzvlük paketinə daxildir.

      Zədələnən təkərin təmiri: xidmət ödənişli əsaslarla həyata keçirilir və üzvlük paketinə daxil deyildir.

      Təkər xidməti (Vulkanizasiya və balanslaşdırma): xidmət ödənişli əsaslarla həyata keçirilir və üzvlük paketinə daxil deyildir.

      Qeyd: Təkər xidmətindən istifadə limitini keçdiyiniz təqdirdə belə, endirimli qiymətlərdən istədiyiniz qədər faydalana bilərsiniz.

  • Ehtiyat yanacaq xidməti
    • Ehtiyat yanacaq xidmətindən necə yararlanmaq olar?

      Əgər avtomobilinizin yolda yanacağı qurtararsa, avtomobilinizi ən yaxın yanacaqdoldurma məntəqəsinə çatdıra bilməyiniz üçün sizi ehtiyat yanacaq (maksimum 10 litr) ilə təmin edə bilərik. Ehtiyat yanacağa görə ödəniş xidmət göstərildiyi zaman ödənilməlidir.

      Bu xidmətdən istifadə sayı üzvlük paketindən asılı olaraq dəyişir. Xahiş olunur, üzvlük paketinizlə yaxından tanış olasınız. Starter istifadəçiləri də bu xidmətdən endirimli qiymətlə yararlana bilərlər.

      Qeyd: Ehtiyat yanacaq xidmətindən istifadə limitini keçdiyiniz təqdirdə belə, endirimli qiymətlərdən istədiyiniz qədər faydalana bilərsiniz.

  • Avtoyuma xidməti
    • Avtoyuma xidmətindən necə yararlana bilərəm?

      AMAK üzvləri AMAK-ın təqdim və əməkdaşlıq etdiyi xidmət tərəfdaşlarında avtoyuma xidmətindən də faydalana bilər.

      Üzvlər bu xidmətdən endirimli qiymətlə yararlana bilərlər.

  • Kompüter diaqnostika xidməti
    • Kompüter diaqnostika xidmətindən necə faydalanmaq olar?

      Avtomobilinizlə uzaq səfərə çıxmağı planlaşdırırsınızsa, qış mövsümünə avtomobilinizin texniki cəhətdən tam hazır olmasına əmin olmaq istəyirsinizsə və ya ümumiyyətlə avtomobilinizin texniki vəziyyəti ilə bağlı hər hansı şübhəniz varsa, diaqnostika xidmətindən faydalana bilərsiniz.

      Bu xidmətdən istifadə sayı üzvlük paketindən asılı olaraq dəyişir. Xahiş olunur, üzvlük paketinizlə yaxından tanış olasınız.

      Qeyd: Diaqnostika xidmətindən istifadə limitini keçdiyiniz təqdirdə belə, endirimli qiymətlərdən istədiyiniz qədər faydalana bilərsiniz.

  • Sifarişin ləğv edilməsi
    • Sifarişi ləğv edə bilərəmmi?

      Yol yardımı komandası hadisə yerinə göndərildikdən sonra, AMAK üzvü bu sifarişi 15 dəqiqə ərzində ləğv edərsə, xidmət üzvlük paketindən silinməyəcək.

      Əgər sifarişin ləğvi texniki heyətin yol yardımı xidməti göstərməsi üçün əraziyə göndərildikdən 15 dəqiqə sonra baş tutarsa, sifariş ləğv olunsa belə, üzvlük paketindən bu sifarişə uyğun olaraq xidmət balansdan silinəcək.

      Həmçinin, texniki komanda üzvün sifarişi əsasında yol yardımı xidməti göstərilməsi üçün göndərilib, lakin üzv/sürücü yerində deyilsə, onu yalnız 15 dəqiqə gözləyəcəklər.

      15 dəqiqə gözlədikdən sonra və üzv ilə əlaqə saxlamaq mümkün olmadıqda, texniki komanda xidmət göstərməkdən imtina edə bilər. Belə olan halda, üzvlük paketindən bu sifarişə uyğun olaraq xidmət balansdan silinəcək. 

  • Əlavə xidmətlər
    • Əlavə xidmətlər dedikdə nə başa düşülür?

      Hər bir AMAK üzvlük paketinizə daxil olan və eləcə də üzvlük paketlərinə daxil olmayan xidmətlər, üzvlük paketinizdəki ödənişsiz xidmət limitini keçdikdə, əlavə ödəniş etməklə endirimli qiymətlərlə faydalana bilərsiniz.

    • Əlavə xidmətlərdən necə faydalanmaq olar?

      Əlavə xidmətlərdən digər xidmətlər kimi 24/7 rejimdə fəaliyyət göstərən əlaqə mərkəzinə *5858 nömrəsinə zəng edib sifariş etməklə faydalanmaq olar. 

  • Yeni və mövsümi təklif və xidmətlər
    • Yeni və mövsümi təklif və xidmətlər nədir?

      Mövsümdən və əməkdaşlıq göstərdiyimiz şirkətlərlə razılaşmalar və danışıqlardan asılı olaraq, AMAK üzvlərinə yeni xidmətlər və mövsümi təkliflər təqdim edir. Bu xidmətlərə nümunə müəyyən avtomobil avadanlıqlarının icarəsi, AMAK tərəfindən keçirilən sərfəli kampaniyalar və s. daxildir ki, bu təkliflər haqqında məlumatlar bütün üzvlərə e-mail və SMS xəbərdarlıq vasitəsilə bildiriləcək.

      Bu xidmətlər haqqında ətraflı məlumatları 24/7 rejimində fəaliyyət göstərən əlaqə mərkəzinə *5858 nömrəsinə zəng etməklə və ya www.amak.az internet səhifəsindən əldə edə bilərsiniz.

      Yeniliklər və son təkliflər haqqında mütəmadi olaraq məlumat almaq üçün, www.amak.az internet səhifəsində qeydiyyatdan keçməyi və ya info@amak.az ünvanına müraciət göndərməyi unutmayın.

  • Xidmət göstərilməsindən imtina
    • Hansı hallarda xidmət göstərilməyə bilər?

      AMAK üzvlərə xidmət göstərməkdən imtina edə bilər. Bu hallar aşağıda qeyd olunmuşdur:

      • Hava şəraiti xidmət göstərmək üçün çox əlverişsiz və təhlükəli olduqda (buzlu yollar və s.);
      • Xidmət göstəriləcək avtomobilə fiziki olaraq yaxınlaşmaq mümkün olmadığı hallarda (avtomobil yoldan çox kənarda, keçilməz yerlərdə olarsa);
      • Avtomobilin sahibi xidmət göstəriləcək avtomobilin yanında olmazsa (məs, evakuasiya zamanı və s.);
      • AMAK üzvü xidmət göstərən heyət ilə təhlükəli, aqressiv və ya qəbuledilməz şəkildə rəftar edərsə;
      • Əgər qəza baş verərsə və polis xidmət göstərilməməsinə təkid edərsə
  • Üzvlük kartının ləğv olunması
    • Üzvlük kartı hansı hallarda ləğv oluna bilər?

      AMAK üzvlük kartı aşağıdakı hallarda ləğv oluna bilər:

      • AMAK əlaqə mərkəzinin xidmətlərindən sui-istifadə edildikdə;
      • Xidmət göstərilməsi zamanı AMAK əməkdaşlarına qarşı qəbuledilməz rəftar edildikdə (əməkdaşlarımıza qarşı nalayiq sözlər və fiziki xəsarət yetirilmə və ya cəhd halları);
      • AMAK üzvlük kartının istifadə şərtləri kobud şəkildə pozulduqda;

      Qeyd: AMAK üzvlük paketi əldə etmiş hər bir sürücü üzvlük paketindən istifadəyə başlamazdan əvvəl, AMAK üzvlük şərtləri, AMAK Bonus və Endirim Proqramından istifadə şərtləri ilə yaxından tanış olmalıdır. Bu sənədlərlə bağlı hər hansı sual olarsa, 24/7 rejimində fəaliyyət göstərən əlaqə mərkəzi ilə *5858 nömrəsinə zəng vuraraq əlaqə saxlamaq olar.

  • Bonus Proqramı
    • Bonus proqramı nədir və necə faydalana bilərəm?

      AMAK üzvləri partnyorluq etdiyimiz məkanlarda, istirahət və əyləncə mərkəzlərində alış-veriş etməklə bizim loyallıq proqramına qoşula bilər. Proqram çərçivəsində alış-veriş edilən zaman bonuslar toplanır və onların müqabilində AMAK saytı üzərindən müxtəlif hədiyyələri əldə edə biləcəksiniz.

      Şəxsi balansınızı yoxlamaq üçün amak.az saytına daxil olmağınız və şəxsi kabinetinizdə balans hissəsinə baxmağınız xahiş olunur.