No Image

Qaydalar və Şərtlər

AMAK üzvlük şərtləri 2018

Azərbaycan Milli Avtomobil Klubu (AMAK) İctimai Birliyi üzvlərinə təqdim edilən endirimli xidmətlərdən istifadə edilməsi üzrə təlimat

1. Ümumi müddəalar

1.1. Məqsəd - AMAK-ın məqsədi avtomobil nəqliyyatının istifadəçilərinə texniki, hüquqi, informasiya təminatı və digər məsələlərdə dəstək verməkdən ibarətdir.

1.2. Üzv - AMAK-a yetkinlik yaşına çatan, qanunvericiliklə müəyyən olunmuş qaydada nəqliyyat vasitəsi üzrə idarəetmə, sahiblik və sərəncam vermək hüququ olan və / və ya nəqliyyat vasitəsinə malik olmayan, lakin aşağıda göstərilən üzvlük kartına sahib olan hər bir anlaqlı şəxs üzv ola bilər.

1.3. Üzvlük üstünlükləri - müvafiq kart sahibi (istifadəçisi) olan AMAK üzvlərinə AMAK və AMAK-ın çoxsaylı partnyor şirkətləri tərəfindən çeşidli və peşəkar xidmətlər xüsusi endirimlə və bonus proqramları ilə təqdim olunur. Həmçinin AMAK kartını təqdim etmiş şəxsin bonus hesabına bonus şəklində əlavə olunur.

1.4. Xidmətlərin tətbiq ərazisi– Bakı şəhəri (Xırdalan daxil olmaqla).

1.5. Məlumat dəstəyi - Üzvlük və AMAK + bonus proqramı haqqında məlumatları 24/7 rejimdə fəaliyyət göstərən Əlaqə Mərkəzinə, *5858 nömrəsinə zəng etməklə və ya www.amak.az internet, eləcə də AMAK-ın feysbuk səhifəsinə https://www.facebook.com/amak.az daxil olmaqla əldə etmək olar. Əlaqə Mərkəzinə daxil olan zənglər xidmətlərin keyfiyyətinin artırılması məqsədilə qeydə alınır.

2. Üzvlük kartları

2.1. Növləri və qiymətləri - Sahibinə aid unikal kodu və barkodu daşıyan, bonusların hesablanıb ödənilməsini təmin edən, eyniləşdirilmə modullu AMAK-ın fərdi üzvlük kartlrının aşağıdakı növləri (üzvlük paketləri) fərqləndirilir:

Starter -           ödənişsiz;

Pro –                99 manat;

VIP-                249 manat.

Üzvlük kartları AMAK-ın və onun tərəfdaşlarının razılığı olmadan  istifadə üçün digər şəxslərə verilə və ya özgəninkiləşdirilə bilməz.

2.2. İstifadə müddəti - Starter üzvlük paketinin 1 aylıq sınaq / istifadə müddəti var. Sınaq müddəti bitdikdən sonra ya Pro, ya da VIP üzvlük əldə etmək olar.  Pro və VIP kartlarının istifadə müddəti 1 (bir) ildir. Təkrar ödəniş etməklə kartlardan istifadə müddəti hər növbəti il üçün uzadılır.

Qeyd 1: Üzvlük kartlarının istifadə müddəti bitdikdən sonra həmin kartlar üzrə bonus və endirim proqramı daxil olmaqla bütün imtiyazlar ləğv edilir. Üzvlük paketləri çərçivəsində hər hansı bir və ya bir neçə xidmət kateqoriyası üzrə pulsuz xidmətlərdən istifadə bitdikdən sonra, üzv endirimli qiymətlərlə eyni xidmətlərdən müvafiq ödəniş etməklə istifadə edə bilər.

2.3. Kartın əldə edilməsi – üzvlük kartlarının alınması üçün ödəniş www.amak.az internet səhifəsi üzərindən bank kartı vasitəsilə həyata keçirilir. Ödəniş etdikdən sonra üzvlük kartı 48 saat ərzində kart sahibinə çatdırılır.

2.4. Kartın ləğv olunması – istifadə müddəti bitdikdən sonra 30 gün ərzində üzvlük kartı  yenilənərsə istifadə olunmamış bonuslar yeni üzvlük kartına köçürülür. Əks təqdirdə həm üzvlük kartı, həm də hesabdakı bonuslar ləğv olunur. Üzv bu təlimata riayət etmədikdə üzvlük kartı ləğv edilə bilər.

Qeyd 2: AMAK üzvlük paketi əldə etmiş hər bir şəxs üzvlük paketindən istifadəyə başlamazdan əvvəl AMAK üzvlük şərtləri, AMAK Bonus və Endirim Proqramından istifadə şərtləri ilə yaxından tanış olmalıdır. Bu sənədlərlə bağlı ətraflı məlumatı 24/7 rejimdə fəaliyyət göstərən Əlaqə Mərkəzinə *5858 nömrəsinə zəng etmək əldə etmək olar.

3. Xidmətlər

3.1. Xidmət növləri:

3.1.1. Təcili Yol Yardımı

Təcili Yol Yardımı Xidməti dedikdə avtomobili hər hansı bir səbəbdən işlək hala gətirməkdə yaranan problemlər və kiçik texniki nasazlıqların aradan qaldırılması nəzərdə tutulur.

Burada qəza nəticəsində avtomobilin qeyri-işlək hala düşməsi nəzərdə tutulmayıb və adi qaydada avtomobil təmiri mərkəzlərində göstərilən xidmətlər deyil, telefon vasitəsilə texniki dəstək, yolda avtomobilin müvəqqəti təmiri, ehtiyat yanacağın çatdırılması, nasaz təkərin ehtiyat təkər ilə yolda dəyişdirilməsi kimi xidmətlər daxildir. Təcili Yol Yardımı Xidməti Bakı və Xırdalan şəhərləri ərazisində həftənin hər günü 24 saat müddətində təmin olunur.

3.1.2. Təkərlərin dəyişdirilməsi:

Ehtiyat təkəri olduğu halda, yolda təkərin dəyişdirilməsinə köməklik. Ehtiyat təkər olmadığı halda, üzvlük paketinə müvafiq olaraq, nəqliyyat vasitəsi evakuasiya oluna bilər. Təkər xidmətinə təmir işləri daxil deyildir.

3.1.3. Ehtiyat yanacağın çatdırılması:

Avtomobilin yolda yanacağı qurtardığı təqdirdə avtomobili ən yaxın yanacaqdoldurma məntəqəsinə çatdıra bilməniz üçün ehtiyat yanacaq (maksimum 10 litr) ilə təmin etmək. Ehtiyat yanacağa görə ödəniş xidmət göstərildiyi zaman üzv tərəfindən (nağd və ya bank kartı vasitəsilə) ödənilməlidir.

3.1.4. Kilidlənmiş qapıların açılması:

Avtomobilin açarları içəridə qalarsa və avtomobili açmaq mümkün olmazsa, mütəxəssislərimiz bu problemin aradan qaldırılmasında sizə kömək edə bilər. Əgər bu  mümkün olmazsa, avtomobili yaxın servis mərkəzinə evakuasiya etmək olar.

3.1.5. Avtomobilin evakuasiyası:

Evakuasiya xidməti 25 km məsafəyədək ödənişsiz təşkil olunur və Bakı şəhərinin (Xırdalan daxil olmaqla) istənilən yerinə çatdırılmanı nəzərdə tutur.

3.1.6. Ayıq sürücü:

Spirtli içkinin qəbul edilməsi və ya digər səbəbdən avtomobilinizi idarə etmək imkanı olmadıqda lazım olan ünvana çatdırılma.

3.1.7. Avtomobilin diaqnostikası (texniki baxışı):

Avtomobilin texniki vəziyyəti ilə bağlı texniki baxış xidmətinin təqdim edilməsi.

3.1.8. Avto yuma:

Avto yuma xidmətinin təqdim edilməsi.

3.1.9. Cərimələrin və balların müəyyən olunması

AMAK sizə yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələr və cərimə balları barədə məlumatları, sizin əvəzinizə mütəmadi olaraq nəzarətdə saxlayaraq mövcud cərimə və ballar haqqında sizə SMS və ya e-mail vasitəsilə məlumat verəcəkdir.

3.1.10. Konsyerj   

Səfərə çıxmağı planlaşdırdıqda qalmağınız üçün yerin müəyyən edilməsi, taksi xidmətinin təşkil edilməsi, restoranda yerlərin rezervasiya edilməsi və ya hər hansl konsertə bilet əldə edilməsi kimi konsyerj xidmətləri təqdim olunur.

3.1.11. Yol hərəkatı ilə əlaqədar hüquqi yardım

Yol nəqliyyat qəzası baş verərsə, telefon vasitəsilə hüquqi məsləhətlər təqdim ediləcək.

3.1.12. İllik texniki baxışda dəstək                         

Qeyd 3:Bütün xidmətlərdən istifadə sayı üzvlük paketindən asılı olaraq dəyişir. Xidmətlərin istifadə limiti bitdikdə onlar üzv tərəfindən ödənişli əsaslarla həyata keçirilir.

3.2. Kartlar üzrə təqdim edilən xidmətlərin növləri

3.2.1. VIP paketinə yuxarıda sadalanan bütün xidmətlər daxildir.

3.2.2. Pro paketinə - 24/7 yol yardımı (5 çağırış), 24/7 Əlaqə Mərkəzi, evakuator, ayıq sürücü, diaqnostika, avto yuma, ehtiyat yanacaq, kilidlənmiş qapı, təkər xidməti, illik texniki baxışda dəstək, cərimələrin və balların müəyyən olunması bonus proqramları kimi xidmətlər daxildir.

3.2.3. Starter paketinə 24/7 Əlaqə Mərkəzi, bonus proqramı (1 ay) və diaqnostika xidmətləri daxildir.

4. Xidmətlərdən yararlanma

4.1. Təqdim olunan xidmətlərdən yararlanmaq üçün mütləq *5858 nömrəsinə zəng etməlisiniz, əks halda üzv tərəfindən birbaşa təşkil olunan yol yardımı xidmətinə görə AMAK tərəfindən heç bir ödəniş olunmayacaq.

4.2. Xidmət, bonus və endirim proqramından yalnız üzvlük kartını və şəxsiyyətini təsdiq edən digər sənədi (məsələn, sürücülük vəsiqəsi və s.) təqdim etməklə AMAK üzvü olan şəxs faydalana bilər. Üzvlük kartı və şəxsiyyətini təsdiq edən digər sənəd təqdim olunmadıqda, AMAK və AMAK-ın partnyor şirkətlərinin xidmətin göstərilməsindən imtina etmək hüququ vardır.

4.3. Xidmətlərdən yararlanma şərtlərinə dəyişiklik etməkdə AMAK sərbəstdir. Dəyişikliklər baş verdikdə bu haqda məlumat AMAK Müştəri İdarəetmə Sistemində və İnternet səhifəsində yerləşdirəcəkdir.

5. Sifarişin ləğvi

5.1. Bu təlimatın 3.1-ci bəndi ilə müəyyən edilmiş xidmətlər üzrə sifarişlər verildikdən sonra 15 dəqiqə ərzində AMAK üzvü tərəfindən ləğv edilərsə, xidmət üzvlük paketindən silinməyəcək. Əks təqdirdə sifariş ləğv olunsa belə üzvlük paketindən bu sifarişə uyğun olaraq xidmət balansdan silinəcəkdir.

5.2. Texniki komanda sifariş verilmiş xidmətlərin təqdim edilməsi üçün təyin olunmuş yerdə üzvü/sürücünü 15 dəqiqədən çox olmayaraq gözləyəcəklər. Yerində olmadığı təqdirdə bu müddət (15 dəqiqə) keçdikdən sonra üzvlə əlaqə saxlamaq mümkün olmadıqda, texniki komanda xidmət göstərməkdən imtina edə bilər. Belə olan halda, üzvlük paketindən bu sifarişə uyğun olaraq xidmət balansdan silinəcək.

6. Xidmətlərin yerinə yetirilməsinin qeyri-mümkün olması

6.1. Aşağıdakı hallarda təqdim edilən xidmətlər yerinə yetirilməyə və ya yerinə yetirilməsindən imtina edilə bilər:

6.1.1. hava şəraiti xidmət göstərmək üçün çox əlverişsiz və təhlükəli olduqda (buzlu yollar və s.);

6.1.2. xidmət göstəriləcək avtomobilə fiziki olaraq yaxınlaşmaq mümkün olmadığı hallarda (avtomobil yoldan çox uzaqda, keçilməz yerdə olarsa);

6.1.3. avtomobilin sahibi xidmət göstəriləcək avtomobilin yanında olmazsa (evakuasiya zamanı və s.);

6.1.4. AMAK üzvü xidmət göstərən heyət ilə təhlükəli, aqressiv və ya qəbuledilməz şəkildə rəftar edərsə;

6.1.5. əgər qəza baş verərsə və polis xidmət göstərilməsinə icazə verməzsə (evakuasiya və s.);

6.1.6. əgər istifadəçi tərəfindən etibarlı (müddəti bitməmiş) üzvlük kartı təqdim edilməzsə;

6.1.7. AMAK üzvü bu təlimat üzrə öhdəliklərini kobud şəkildə pozduqda və Əlaqə Mərkəzinin xidmətlərindən sui-istifadə etdikdə.

6.1.8. Bu Təlimatın 6.1.7-ci yarımbəndi üzrə müəyyən edilmiş hallar aşkar olunduqda üzvlük kartı AMAK tərəfindən ləğv olunur.

7. Bonus proqramına daxil olan xidmətlər
AMAK+ bonus proqramı haqqında məlumatları 24/7 rejimdə fəaliyyət göstərən Əlaqə Mərkəzinə *5858 nömrəsinə zəng etməklə və ya www.amak.az internet səhifəsi, eləcə də AMAK-ın sosial şəbəkə profillərinə daxil olmaqla əldə etmək olar.

8. Bonus proqramından yararlanma
8.1. AMAK+ bonus proqramından yararlanmaq üçün AMAK üzvü olmaq şərtdir.

8.2. Bonus və endirim proqramından yalnız üzvlük kartını təqdim etməklə AMAK üzvü olan şəxs faydalana bilər. Üzvlük kartı təqdim olunmadıqda, AMAK və AMAK-ın partnyor şirkətlərinin xidmətin göstərilməsindən imtina etmək hüququ vardır.

8.3. Kart sahibinin üzvlük kartına hesablanmış bonuslar nağdlaşdırılmır. Bonuslardan kartın istifadə müddəti ərzində yalnız AMAK-ın xüsusi internet mağazasında təqdim olunan məhsul və xidmətlərə dəyişdirilə bilər.

8.4. Qazanılmış bonuslar, istifadəçinin hesabına əlavə olunduqdan 14 gün sonra aktivləşdirlir. Partnyorlardan əldə edilmiş məhsullar geri qaytarıldığı zaman hesablanmış bonuslar da ləğv olunur.

8.5. Partnyor tərəfindən daxili endirim kampaniyası keçirildikdə, AMAK üzrə bonus və endirimlər tətbiq olunmaya və ya xüsusi şərtlərlə təklif edilə bilər.

8.6. Bonus və endirimlərdən qüvvədə olma müddəti dövründə istifadə etmək olar.

9. Bonus xidmətlərinin yerinə yetirilməzliyi

9.1. Aşağıdakı hallarda təqdim edilən bonus və endirim xidmətləri yerinə yetirilməyə və ya yerinə yetirilməsindən imtina edilə bilər:

9.1.1. Partnyorlardan əldə edilmiş məhsullar geri qaytarıldığı zaman, bu hal nəticəsində hesablanmış bonuslar da, ləğv olunur;

9.1.2. AMAK üzvü Partnyor müəssisənin nümayəndəsi, heyəti ilə təhlükəli, aqressiv və ya qəbuledilməz şəkildə rəftar edərsə;

9.1.3. Partnyor müəssisədə internetin, elektrik enerjisinin və ya cavabdeh şəxsin olmadığı təqdirdə, bonusların hesablanmasının texniki səbəbdən mümkünsüz ola bilər. Bu zaman üzv həmin müəssisədə ödəniş etməsi ilə bağlı qəbzi saxlayaraq, AMAK müştəri xidmətlərinə müraciət etməsi tövsiyə olunur;

9.1.4. əgər istifadəçi tərəfindən etibarlı (müddəti bitməmiş) üzvlük kartı təqdim edildikdə;

9.1.5. AMAK üzvü bu təlimat üzrə öhdəlilərini kobud şəkildə pozduqda və Əlaqə Mərkəzinin xidmətlərindən sui-istifadə etdikdə.