Azərbaycan Milli Avtomobil Klubu (AMAK) 2016-cı il, oktyabr ayının 15-indən etibarən Təhlükəsiz və Davamlı Nəqliyyat üzrə Şərq Alyansı (EASST), FIA Fondu, Böyük Britaniyanın Bakıdakı Səfirliyi, Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dövlət Yol Polisi İdarəsi ilə əməkdaşlıq edərək həm Azərbaycan, həm də Rus bölmələri üzrə 4 – 14 yaşadək uşaqlar arasında həftəlik əsasda 5 dövlət məktəbi və 5 özəl uşaq bağçasında EASST Yol Təhlükəsizliyi Təhsil paketinin pilot layihəsi çərçivəsində tədrisini həyata keçirirdi.
Tədrisin bir hissəsi kimi, AMAK Azərbaycan Respublikası Dövlət Yol Polisini də prosesə cəlb etmiş və noyabrın 28-dən etibarən Yol Polisi nümayəndələri pilot məktəblərin Azərbaycan və Rus bölmələrindən olan siniflərlə görüşərək tədris prosesində birbaşa iştirak etdi.
Tədris müddətində Dövlət Yol Polisi nümayəndələri uşaqlarla müzakirələr apararaq onlardan yol hərəkəti təhlükəsizliyi haqqında məlumatlılıqlarını yoxlamaq məqsədilə ilə suallar soruşmuş, eyni zamanda məktəblilərə məktəbə gedib-gələrkən gündəlik əməl etməli olduqları faydalı məsləhətlər də vermişdir. Dövlət Yol Polisi əməkdaşları, həmçinin, üzərində yol hərəkəti təhlükəsizliyi barəsində vacib mesajlar olan və xüsusi olaraq şagirdlərin hər biri üçün EASST tərəfindən hazırlanmış posterlər və əlfəcinlər paylayaraq üzərində qeyd olunan mesajlar ətrafında da müzakirələr apardılar. Uşaqlar bu müzakirələrə gözlənilməz həvəs və maraq göstərərək həm Dövlət Yol Polisi əməkdaşlarını, həm də müəllim və valideynlərini verdikləri suallar və, xüsusilə də, öz sürücü valideynlərini təhlükəsizlik kəməri bağlamaq, sürət həddini aşmaq və maşını idarə edərkən telefonla danışmaq kimi məsələlərdə maarifləndirmək mövzularına olan münasibətləri ilə təəccübləndirdilər.





