Azərbaycan Milli Avtomobil Klubunun (AMAK) məqsədi avtomobil istifadəçilərinə texniki, hüquqi, informasiya təminatı, avtomobil nəqliyyatının və infrastrukturunun inkişafı, avtomobillərə xidmət sahəsində sürücülərin biliklərinin artırılması və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi ilə bağlı dövlət tərəfindən həyata keçirilən siyasətə dəstəyin göstərilməsindən ibarətdir. Sözügedən xidmətlərin təminatı və yol hərəkəti təhlükəsizliyi sahəsində bir sıra fəaliyyətlər həyata keçirən AMAK müəyyən olunmuş hədəflərinə effektiv çatmaq üçün geniş miqyasda dövlət, qeyri-hökumət qurumları, xidmət təminatçıları ilə əməkdaşlıq edir və bu əməkdaşlıq əlaqələrinin daima inkişaf etdirilməsi və müəyyən olunmuş hədəflərə çatmaq məqsədilə müxtəlif təşəbbüslərlə çıxış edir.
Bu məqsədlə, noyabr ayının 10-da Divan Oteldə AMAK-ın təşəbbüsüylə xidmət mərkəzləri və bonus partnyorlarıyla birgə rəsmi görüş keçirilmişdir. Görüş zamanı klubun prezidenti Vüsal Rəcəbli əməkdaşlıq edən tərəflərə AMAK-ın mahiyyəti, məqsədi, xidmətləri və planları barədə ətraflı məlumat vermişdir. İştirakçılar texniki yol-yardımı, əlaqə mərkəzi, müştəri paneli və AMAK mobil əlavəsi barədə məlumatlarla və təlimatlarla tanış olmuşdur.


