Azərbaycan Milli Avtomobil Klubu, 2015-ci ildə 140 ölkədən olan, 235-dən çox avtomobil klubunu və 80 milyondan çox şəxsi birləşdirən Beynəlxalq Avtomobil Federasiyasının (FİA – Federation Internationale de l’Automobile) mobillik statusu almış rəsmi üzvüdür. AMAK ölkəmizdə nəqliyyat sisteminin inkişafı, yol təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm maarifləndirmə və təlim işləri aparır, avtomobil entuziastları üçün bir çox layihələr həyata keçirir, innovativ və analoqu olmayan yol yarıdımı xidmətləri təklif edir.
AMAK.AZ internet səhifəni istifadəyə verməklə, xüsusilə qeyd etmək istərdik ki – bu sadəcə bir başlanğıcdır və gələcəkdə daha böyük layihələrimiz, daha iddialı və maraqlı təşəbbüslərimiz avto-ictimaiyyətə təqdim ediləcək. AMAK olaraq əsas məqsədimiz – klub üzvlərimizin avtomobildən istifadə təcrübəsini hər zaman qənaətbəxş etməkdir. Bu işdə AMAK.AZ səhifəsinin rolu mühüm dərəcədə böyük olacaq və bütün yeniliklər, xidmətlər və tədbirlər barədə ilkin olaraq məhz buradan xəbər ala biləcəksiniz.



