No Image

Bakı Mühəndislik Universitetinin tələbələri ilə görüş

16 noyabr 2017 - XƏBƏRLƏR

9 və 16 noyabr, 2017-ci il tarixlərində Azərbaycan Milli Avtomobil Klubunun heyəti ilə Bakı Mühəndislik Universiteti və Azərbaycan Diplomatik Akademiyasının tələbələri arasında görüş təşkil olunmuşdur. Görüşün məqsədi AMAK-ın sosial məsuliyyətə dəvət edən tədbirlərində təşkilatçılıq işlərində könüllü şəkildə iştirak etmək və əlaqə mərkəzində zənglərin qəbul edilməsi işinə qoşulmaq istəyən gəncləri cəlb etmək olub.

Tələbələrlə görüş zamanı AMAK Yol Hərəkəti Təhlükəsizliyi Layihələri və Təlimlər üzrə Menecer Vəfa Hüseynli klubun tarixi, məqsədi və görülən sosial işlər barədə geniş məlumat vermiş və tələbələrdə yaranan sualları cavablandırmışdır.

Daha sonra klubun Əlaqə Mərkəzinin Meneceri Coşqun Kərimov könüllü olaraq iş dünyasına daxil olmağın əhəmiyyətindən və Əlaqə Mərkəzinin namizədlərdən tələb edilən cəhətlər barədə məlumat vermişdir. Görüşdən sonra namizədliyi təsdiqlənmiş tələbələr növbəti mərhələyə seçilərək müsahibələrə dəvət edilmişdir. 

ADA universiteti ilə razılaşma memorandumunun imzalanması planlaşdırılır.