No Image

İtaliyanın Avtomobil Klubunun (ACI) Prezidenti cənab Sticchi Damiani Azərbaycana səfər etmişdir.

27 June 2018 - XƏBƏRLƏR , MƏQALƏLƏR

İtaliyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü və Azərbaycan Milli Avtomobil Klubunun (AMAK) dəstəyi ilə İtaliyanın Avtomobil Klubunun (ACI) Prezidenti  cənab Sticchi Damiani yüksək səviyyəli nümayəndə heyəti ilə Azərbaycana səfər etmişdir.

26-28 iyun, 2018-ci il tarixlərində İtaliya Avtomobil Klubunun (ACI) Prezidenti yüksək vəzifəli əməkdaşlardan ibarət nümayəndə heyəti ilə Bakıda işgüzar səfərdə olmuşdur.   

Səfərin məqsədi  Azərbaycanda yol yardımı xidmətləri, yol hərəkəti təhlükəsizliyi, turizm və sığorta sahəsində gələcəkdə qarşılıqlı  əməkdaşlıq imkanlarını müzakirə etmək idi.

Səfər zamanı bir sıra dövlət qurumları (Milli Məclis, Azərbaycan Avtomobil Federasiyası, Turizm Assosiasiyası) və özəl sektorun nümayəndələri ilə rəsmi görüşlər keçirildi. Nümayəndə heyəti üçün keçirilən təqdimat mərasimində AMAK-ın yol yardımı, yol hərəkəti təhlükəsizliyi, informasiya texnologiyaları, sığorta və turizm sahələrinə aid cari və gələcək fəaliyyətləri barədə məlumat verilmişdir. 

 

-------------------------------------------------------------------------------------------------------------

1999-cu ildə təsis olunmuş və 2015-ci ildən Beynəlxalq Avtomobil Federasiyasının (FIA) üzvü olan Azərbaycan Milli Avtomobil Klubu (AMAK) İctimai Birliyinin məqsədi Azərbaycanda avtomobil nəqliyyatının istifadəçilərinə texniki, hüquqi, informasiya təminatı, avtomobil nəqliyyatının və infrastrukturunun inkişafı, avtomobillərə xidmət sahəsində sürücülərin biliklərinin artırılması və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi ilə bağlı dövlət tərəfindən həyata keçirilən siyasətə dəstəyin göstərilməsindən ibarətdir. 

 

www.amak.az 

*5858