“Azərbaycan Milli Avtomobil Klubu” (AMAK) Ictimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İntellektual oyun-müsabiqə vasitəsilə məcburi köçkün məktəblərində yol təhlükəsizliyinin profilaktikası” layihəsinin icrasını davam etdirir.
08 avqust 2018-ci il tarixində “Azərbaycan Milli Avtomobil Klubu” (AMAK) Ictimai Birliyi Ağdam, Cəbrayıl, Füzuli, Xocavənd, Xocalı, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa və Zəngilanı təmsil edən 10 məcburi köçkün məktəblərindən olan müsabiqəsi iştirakçılarına Binəqədi rayon, Gənclər İdman İdarəsində hədiyyələrin və diplomların təqdimetmə mərasimi keçirtdi.
Yol təhlükəsizliyi mövzusunda 50 test sualının cavabları və qaliblər münsiflər tərəfindən müəyyən edilmişdi. Müsabiqədə bütün komandalar test sualların cavablarına çox yüksək səviyyədə hazırlaşmışdılar. Daha mürəkkəb sualları cavablandıran komandalar nisbətən yüksək balla qiymətləndirildi. I, II, III-cü yerlərin qaliblərinə qiymətli hədiyyələr və diplomlar, digər komandalara da fəal iştiraklarına görə diplomlar təqdim edildi. 1-ci yeri Xocavənd,2-ci yeri Ağdam,3-cü yeri Cəbrayıl məktəblərin komandaları tutdular.


