Piyadalar öz ölümlərində özləri təqsirkardır?

Aug 17,2018 - MƏQALƏLƏR
No Image

Böyük şəhərlərdə yaşayış bizi çox zaman qanunveriricilərə çevirir. Biz hər gün qəzəblənərək “yeni qanun qəbul etmək lazımdır” deyirik. Böyük şəhərdə hansı hərəkər ən böyük qəzəbə tuş gəlir? Küçələrlə gəzən öz telefonuna dalmış insanlar və xüsusən də yolu keçən bu tip piyadalar.

Reallıqda qanunuları qəbul etmək istəyənlər sadəcə cəmiyyətin içində deyil, onlar reallıqda var. “Yeni qanun qəbul etmək lazımdır” deyən şəxslər qanunverici hakimiyyətdə də var və onlar həqiqətən aktivdirlər. Misal üçün Kanadanın Ontario əyalətində “Telefon aşağı, baş yuxarı” adlanan qanun layihəsi baxılmaqdadır. Bu qanun yol keçərkən telefona baxan piyadalara cərimə tədbiq edilməsinə icazə verir.

Eyni məzmunda qanun Havai ştatının Honolulu şəhərində də var və bu iri şəhərlər üçün ilk belə qanundur. Keçən il Kanadanın Toronto əyalətində də yol ayrıclarında telefondasan istifadəni qadağan edən qanun müzakirəyə çıxarılmışdı.

Lakin məsələyə fərqli baxmaq lazımdır: cəmiyyətdə yeni qanunun tədbiqi fikri yarananda ona heç də həmişə ciddi yanaşmağa ehtiyac yoxdur. Ümumiyyətlə, nəyisə qadağan edən qanunlara diqqətlə yanaşmaq lazımdır və zombi piyadalar məhz belə bir haldır.

Global News portalının məlumatına görə smarfonların kütləvi yayılması yol nəqliyyat hadisələrin çoxalmasına gətirib çıxarmışdır, əsasən də sükan arxasında telefondan istifdə edən sürücülərin təqsirindən. Lakin mesaj yazan və diqqətləri yayınan piyadalar yol-nəqliyyat hadisələrin statistikasına o qədər də təsir etməyiblər. Belə ki, ABŞ-da olan 2010-2014-cü illəri əhatə edən statistika bunu göstərir: 23,240 ölümlə nəticələnən hadisələrdən ancaq 25-i diqqəti yayınan piyadaların ucbatından baş verib.

Bizim şəhərlərimiz və şəhərətrafı ərazilərimiz avtomobil yönümlüdirlər və piyada hərəkət edənlər üçün həqiqi ölüm təhlükəsi yaradırlar. Yaşlı insanlar isə xüsusi ilə risk qrupundadırlar. Yəni problem əslində hədsiz avtomobilləşmədədir

Əgər biz insan həyatlarını qorumaq istəyiriksə, küçələrdə sürət məhdudiyyətləri tətbiq edilməlidir, daha çox piyada keçidləri təşkil edirməlidir və küçələrin hərəkət hissələri səkilərin xeyrinə daraldılmalıdır.

Heç kim iddia etmir ki, telefona baxaraq hərəkət etmək yaxşı ideyadır, təbii ki, yox. Belə piyadalar təbii hamıya mane olur və hər cür problemlə qarşılaşa bilərlər. Lakin narahatlıq doğuran hər şey qanunvericilirlər tənzimlənməməlidir.
 

Mənbə: theglobeandmail.com