Sürət və yol-hərəkəti təhlükəsizliyi

Feb 15,2019 - MƏQALƏLƏR
No Image

Yüksək sürət yol-nəqliyyat hadisələrinin yaranmasında və hadisə nəticəsində baş verə biləcək xəsarətlərə təsir edən əsas faktorlardan biridir.

Təhlükəli sürət icazə verilmiş sürət məhdudiyyətindən artıq hərəkət nəticəsində yaranır. Həmçininin, sürət küçə-yol şəraitinə uyğun seçilməlidir, bu baş verməyəndə yol-nəqliyyat hasisələrinin sayı kəskin artır. Azərbaycanda  qeydə alınnmış yol hərəkəti qaydalarının pozulması hallarının yarısından çoxu məhz yüksək  sürət ilə bağlıdır.  Eyni zamanda ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin böyük əksəriyyəti də bu səbəblə əlaqəlidir. Qeyd edək ki, inkişaf etmiş dövlətlərdə yüksək sürət  yol-nəqliyyat hadisələri nəticəsində ölüm hallarının ancaq 30%-ə səbəb olur.

Nəqliyyat vasitəsinin sürətinə nəzarət qəzaların baş verməsi hallarını və ya sağlamlığa dəyən zərərin şiddətini azalda bilər.

Sürət qəzalara necə təsir edir?

Nəqliyyat vasitəsinin sürəti nə qədər çox olarsa, sürücüyə avtomobili dayandırmaq üçün o qədər də çox zaman tələb ediləcək.  50 km/saat hərəkət edən avtomobili tam saxlamaq üçün 13 metr məsafə lazım olacaq, eyni zamanda 40 km/saat sürətlə hərəkət edən maşını dayandırmaq üçün 8.5 metr tələb edilir.

Nəqliyyat vasitəsinin sürətinin 1 km/saat artması qəza riskini 3% artırır.

Yüksək sürət həmçinin avtomobilin içində oturan sərnişinlərə də təsir edir. Hadisə baş verərsə, 80 km/saat sürətlə gedən avtomibilin sərnişininin ölüm riski, 30 km/saat sürətlə hərəkət edən avtomobilin sərnişini ilə müqaisədə 20 dəfə çoxdur.

Yüksək sürətlə hərəkət edən nəqliyyat vasitəsininin piyada və velosipedçilərə də təsiri böyükdür. Məsələn, avtomobil 30 km/saat sürətlə hərəkət edirsə və piyadanı vurursa, piyadanın 90% sağ qalma ehtimalı var, lakin sürət 45 km/saat sürət olanda sağ qalmaq ehtimalı 50%-ə enir.  Sürət 80 km/saat və daha çox olanda piyadanın artıq heç bir şansı yoxdur.

 

Sürətə hansı faktorlar təsir edir?

Sürücünün sürət rejiminin seçimində bir neçə faktor rol oynayır:

  • Sürücünün özü ilə bağlı faktorlar (yaşı, aqressivlik dərəcəsi, sərxoşluğu, nəqliyyat vasitəsində olan sərnişinlərin sayı və s.)
  • Yolla və nəqliyyat vasitəsi ilə əlaqəli məsələlər (yolun vəziyyəti, yolun xüsusiyyətləri, nəqliyyat vasitəsinin gücü, maksimal sürət məhdudiyyəti və s.)
  • Nəqliyyat axını və mühit ( axının sıxlığı, sürəti, tərkibi və hava şəraiti)

Yüksək sürətlərin mənfi təsirlərini azaltmaq üçün nə etmək lazımdır.

Nəqliyyat vasitələrinin sürətini optimal səviyyədə saxlamaq üçün tələb olunan tədbirlər:

  • Küçə-yol şəbəkəsində icazə verilən sürətləri optimallaşdırmaq və səmərəli şəkildə nəzərət etmək (radar, kamera və s.) Sürətlər küçə-yol şəbəkəsinin funksiyasına uyğun seçilməlidir. Bütün hallarda şəhərin daxilində olan küçə və prospektlərində maksimal sürət 50 km/saat-dan yüksək olmamalıdır.
  • Dünya təcrübəsi göstərir ki, küçə-yol şəbəkəsində sadəcə sürət limitlərinin azaldılması uzunmüddətli effekt vermir, bu səbəbdən nəzarət mexanizmlərinin də optimallaşdırılması və təkminləşdirilməsi vacibdir.
  • Sürəti ölçən kameralar ən səmərəli vasitələrdən biridir
  • Şəhərətrafı yollarda sürət məhdudiyyəti hava şəraitindən asılı olaraq dəyişə bilər. Məsələn yağışlı və ya qarlı havada maksimum icazə verilən sürətlər azaldılmalıdır
  • Həmçinin, sürətli və geniş yollarda yüksək sürətlə və nisbətən asta gedən axınları bölmək də yaxşı ideya ola bilər. Bu zaman konflikt nöqtələr azalmış olur
  • Sürətli şəhərətrafı yolların şəhərin küçə və prospetklərinə birləşən yerlərinə xüsusi diqqət ayrılmalıdır. Belə yerlərdə nəqliyyat axınının sakitləşdirmə alətləri istifadə edilməlidir. Nümunə kimi dairəvi və işıqforlarla nizamlanan yol ayrıcları qeyd etmək olar
  • Yüksək tonnajlı nəqliyyat vasitələri günün sıx hərəkət olan zamanında şəhərlərin küçə və prospektlərindən kənarlaşdırılmalıdır. Nəticədə şəhərlərin daxilində yol-nəqliyyat hadisələri azala bilər
  • Şəhərlər küç-yol şəbəkəsinə dair yeni layihələndirmə və təhlükəsizlik standartlarını tətbiq etməlidirlər. Bu tədbirlərə nəqliyyat axınının sakitləşdirilməsi və yol sahəsinin isitifadəçilər arasında ədalətli bölgüsü, həmçinin bura piyada keçidlərinin yerləşdirilməsi sahəsində müasir yanaşmalar da daxildir.