“Yol-hərəkəti təhlükəsizliyinin məktəblərdə tətbiqi”

Dec 18,2018 - XƏBƏRLƏRTƏDBİRLƏRLAYİHƏLƏR
No Image

Azərbaycan Milli Avtomobil Klubu(AMAK) “Yol-hərəkəti təhlükəsizliyinin məktəblərdə tətbiqi 2018/2019-cu il” layihəsi çərçivəsində 17 dekabr 2018-ci il tarixində Nəsimi rayonu 111 nömrəli tam orta məktəbdə və Səbail rayonu 163 nömrəli tam orta məktəbdə ibtidai sinif şagirdlərinin valideynləri, şagirdlərin himayədarları və müəllimləri ilə görüş keçirmişdir. Görüş zamanı iştirakçılara yol-hərəkəti təhlükəsizliyi ilə bağlı video çarxlar təqdim olunmuş, eyni zamanda uşaq avto oturacaqlarından istifadənin əhəmiyyəti, uşaqların piyada keçidlərindən yolu keçmələri, uşaqların yol-hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirilməsində valideynlərin rolu, həmçinin yol-hərəkəti təhlükəsizliyinin tədris proqramına salınması ilə bağlı qarşılıqlı müzakirələr aparılmışdır.

Növbəti mərhələdə AMAK Azərbaycan Respublikası Dövlət Yol Polisi ilə birgə qeyd olunan məktəblərdə ibtidai sinif şagirdlərinə yol-hərəkəti təhlükəsiziliyinin tədrisi ilə bağlı sessiyaların keçirilməsini planlaşdırır.