No Image

AMAK FIA-nın "3500 HƏYAT" adlı kampaniyasını dəstəkləyir

25 oktyabr 2017 - LAYİHƏLƏR , TƏDBİRLƏR

 

Statistik hesablamalara əsasən dünyada hər gün 3500 nəfər yolda həyatını itirir. Xüsusilə də, 15-29 yaş arası gənclər yol qəzalarına daha çox məruz qalırlar. Bu çox narahatedici və qəbuledilməz tendensiyadır və bunun sosial-iqtisadi nəticələrinin qarşısı mütləq alınmalıdır. FIA (Beynəlxalq Avtomobil Federasiyası) da öz növbəsində dünya üzrə 245 üzv təşkilatı ilə birlikdə bu problemi həll etməyə çalışır.

Martın 10-u, cümə axşamı, FIA dünyada çöl reklamı üzrə lider olan JCDecaux şirkəti ilə birlikdə yeni “3500 həyat” adlı qlobal yol hərəkəti təhlükəsizliyi kampaniyasına start vermişdir. Açılış BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Zeid Ra’ad Al Hussein; Avropa Nəqliyyat Komissarı Violeta Bulç; Paris Bələdiyyə başçısı və C40 şəhərlər şəbəkəsi başçısı Anne Hidalgo; eləcə də kampaniya səfiri və uzunluğa tullanma üzrə Paralimpiya çempionu, Vanessa Lou tərəfindən şəxsən dəstəklənmişdir. # 3500LIVES kampaniyası 13 müxtəlif sahədə fəaliyyət göstərən səfirləri də bir araya gətirmişdir.

-Yohan Bleyk, Haile Gebrselassie, Antuan Qrizman, Vanessa Lou, Rafael Nadal və Ueyd van Nikerk kimi atletlər;

— Formula 1-dən Fernando Alonso, Felipe Massa, Niko Rosberq, və motoyürüşçü Mark Markes;

-Farrell Uilyams və Mişel Yeo kimi incəsənət nümayəndələri;

– Anne Hidalgo kimi siyasətçilər.

Hal-hazırda kampaniya dünyanın 30 ölkəsində həyata keçirilir.  AMAK bir üzv klub olaraq öz növbəsində # 3500LIVES kampaniyasına qoşularaq paytaxtın bir çox yerlərində reklam lövhələrində kampaniyanın görüntülərini nümayiş etdirir. AMAK bu kampaniyaların yol hərəkəti təhlükəsizliyi fəaliyyətinin inkişafına, xüsusilə də, yol istifadəçilərinin – ölkənin piyada və sürücüləri arasında məlumatlılığın artırılmasında faydalı olacağına inanır.