No Image

AMAK uşaq avto oturacaqlarına dair valideynlər arasında tədqiqat xarakterli sorğular keçirdi

27 February 2018 - XƏBƏRLƏR

2017-ci ilin oktyabr ayından etibarən AMAK, QHT-lərin Qlobal Alyansı qurumunun dəstəyi ilə tədqiqat xarakterli kiçik bir layihəyə start vermişdir. Layihə çərçivəsində AMAK valideynlər arasında uşaq avto-oturacaqlarına dair sorğular keçirmişdir. Sorğuların məqsədi uşaq avto oturacaqlarına dair valideynlərin məlumatlılıq səviyyəsini müəyyən etmək və bu sahədə maarifləndirmə kampaniyalarının (maarifləndirmə kampaniyaları, media kampaniyaları, tədris, təlim və s.) keçirilməsinə olan ehtiyacın müəyyən etməkdən ibarət idi. 

Layihənin uğurlu davamı olaraq, AMAK 2018-ci ilin fevral ayından etibarən Beynəlxalq Avtomobil Federasiyası Fondunun (FIAF) dəstəyi ilə geniş miqyaslı birillik “Avtomobillərdə Uşaq Təhlükəsizliyi” layihəsinə start vermişdir.