Düzgün infrastruktur qayda pozuntuları ilə necə mübarizə apara bilər?

Apr 10,2019 - XƏBƏRLƏRMƏQALƏLƏR
No Image

Bakı şəhərində səkilərdə parklanmış avtomobillər böyük problemdir və təəssüf ki kütləvi hal alıb. Ən pis hal ondan ibarətdir ki, çox adam heç buna fikir vermir. Gözlər bu mənzərəyə o qədər öyrəşib ki, bu adi hal kimi insanlarda təəccüb yaratmır. Amma bu yaxınlarda səkilərdə parklanmış avtomobillərin şəkillərini və qəzəbli şərhləri sosial şəbəkələrdə tez-tez görmək olur. Bəs niyə? Son zamanlar küçələrimizdə panduslar təşkil olundu və bu çox yaxşı haldır. Ancaq, təbii olaraq bu panduslardan istifadə edib şəkildə gördüyünüz kimi parklanan sürücülər də tapıldı. Məsələn belə:

Eyni zamanda bəzi sürücülərimiz bu pandusların düz qarşısında park edərək piyadaların yolunu bağlayırlar. Məsələn belə:

İlk növbədə piyada keçidlərində quraşdırılmış məhəccərlər haqqında danışmaq istərdik.

Quraşdırılmış məhəccərlər yalnız fiziki məhdudiyyətli piyadalar üçün deyil, hamı üçün əngəl yaradır. Bundan əlavə yol-nəqliyyat hadisəsi zamanı bu məhəccərlərlə avtomobil toqquşanda onlar özləri təhlükə mənbəyinə çevrilə bilər, çünki toqquşma nəticəsində yaranan metal qırıntılar səkidə olan piyadalara dəyib onların sağlamlığı üçün bir sıra fəsad yarada bilərlər.

Bu kimi qayda poluntuları ilə infrastruktur metodları ilə mübarizə aparmaq olar. Bir çoxlarınız deyəcəksiniz ki, bu sürücüləri polis cərimələməlidir. Təbii ki! Ancaq aktiv mübarizədən əlavə şəhər infrastrukturu özünü qayda pozuntularından xilas edə bilər.

Birinci növbədə pandusları səkiyə rahat giriş kimi əngəlləmək üçün xüsusi dirəklər olmalıdır. Bu növ dirəklər dünyanın bir çox dövlətlərində istifadə edilir, Bakı şəhərində isə parklanmaya qarşı dirəklər keçən il tətbiq edilməyə başlayıb. Lakin qeyd etmək lazımdır ki, bir çox hallarda dirəklər səkilərdə qanunsuz parklanma olmayan yerlərdə quraşdırılır, lazım olan yerlərdə isə onlar yoxdur.

Bakı şəhərində istifadə edilən məhəccərlərin heç bir funksional gərəkliyi yoxdur. Ümumiyyətlə, küçələri hasarlamaq heç də yaxşı ideya deyil, ancaq son zərurət olduqda ola bilərlər, məsələn məktəblərin qarşısında. Məhəccərlər həmçinin piyada axınınını düzgün kanallaşdırmaq üçün də istifadə edilə bilər, lakin onların tətbiqi yenə də istisna hallarda yolveriləndir.

Pandusların düz qarşısında parklanmanı necə həll etmək olar? Çox rahat, sadəcə parklanmanın icazə verildiyi küçələrdə keçid yerlərində xüsusi çıxıntılar təşkil etmək lazımdır. Məsələn belə:

Bu çıxıntıların iki funsiyası var:

  • Birinci funksisyası bu yolu süni olaraq daraldır və sürücülər piyadanı daha yaxşı görür.
  • İkinci funksiyası yol ayrıcında və piyada keçidində avtomobil parklanmasının əngəllənməsidir. 
  • Bundan əlavə, səki çıxıntıları yol ayrıclarında sıx hissəsində piyadaların rahat toplaşması və sıxlıqların yaranmaması üçün faydalıdır

Reallıqda bu tip keçidlər və çıxıntılı səkilər belə olur: