Yol Hərəkəti Təhlükəsizliyi- Faydalı Məlumat

Mar 04,2019 - MƏQALƏLƏR
No Image

Dünyada hər il təxminən 1.3 milyon insan yollarda həyatını itirir, 20-50 milyon insan isə xəsarət alır. Yol qəzaları hər yaş qrupundan olan insanlar arasında əsas ölüm səbəblərindən, 5-29 yaş arası uşaqlar və gənclər arasında isə birinci ölüm səbəbidir.

Yol qəzalarında ölmək riski yüksək gəlirli ölkələrə nisbətən aşağı gəlirli ölkələrdə 3 dəfədən də çoxdur.

Yol qəzalarında ölənlərin yarıdan çoxu həssas yol istifadəçiləridir: piyadalar, velosipedçilər və motosikletçilər.

Piyadalar, velosipedçilər, həmçinin 2 və 3 təkərli motorlu nəqliyyat vasitəsi idarə edənlər və onların sərnişinləri, ümumilikdə “həssas yol istifadəçiləri” kimi təyin olunur və dünyada yol qəzalarında həlak olanların yarısını təşkil edir. Həssas yol istifadəçilərinin böyük qismi yüksək gəlirli ölkələrə nisbətən aşağı gəlirli ölkələrdə öz həyatını itirir.

Sürətə nəzarət yol qəzaları zamanı xəsarətləri azaldır

Orta sürət artıqca yol qəzasının baş vermə riski və onun nəticələrinin ağırlıq dərəcəsi də artır. Sürətin 1% artması ölümcül qəza riskinin 4% artması deməkdir. 65 km/saatla hərəkət edən avtomobil tərəfindən vurulan piyadanın ölüm riski 50 km/saatla hərəkət edən avtomobillə vurulan piyadadan 4 dəfə daha çoxdur.

İçkili halda avtomobil idarə etmə qəza riskini artırır

Sürücünün qanında alkoqolun miqdarı (QAM) 0.05 q/dl-dən çox olduqda, sərxoş halda avtomobili idarə etmək qəza riskini kəskin şəkildə artırır. Dünya Səhiyyə Təşkilatı ümumi sürücülər üçün QAM-ı ≤0.05 q/dl, gənc və təcrübəsiz sürücülər üçün isə ≤ 0.02 q/dl müəyyənləşdirmişdir. Yalnız 45 ölkədə içkili halda avtomobil idarə etməyə qarşı ən yaxşı təcrübəyə cavab verən milli qanunlar mövcuddur.

Yüksək keyfiyyətli dəbilqə taxmaq yol qəzalarında ölmə riskini azalda bilər

Yüksək keyfiyyətli dəbilqə taxmaq ölüm riskini 42%, ağır xəsarətləri isə təxminən 70% azalda bilər. Dünya əhalisinin 17%-ni təmsil edən 44 ölkədə ən yaxşı standartlara cavab verən motosiklet dəbilqəsi haqqında qanun var: bu o deməkdir ki, qanun sürücü və sərnişinlər, bütün yol və mühərrik növlərinə tətbiq edilməli, dəbilqənin bağlanması tələb olunmalı və dəbilqə xüsusi standartlara cavab verməlidir.

Təhlükəsizlik kəmərindən istifadə ön və arxa oturacaqda əyləşən sərnişinlər arasında ölüm riskini azaldır

Təhlükəsizlik kəmərindən istifadə xəsarət riskini ön oturacaqda əyləşən sərnişinlər arasında 45-50%, arxa oturacaqdakı sərnişinlər arasında isə 25-75% azaldır. Dünyanın 75% əhalisini təmsil edən 105 ölkədə həm qabaq, həm də arxa oturacaqdakı sərnişinləri əhatə edən təhlükəsizlik kəmərindən istifadə haqqında qanun var və bu ən yaxşı təcrübə ilə parallel həyata keçirilir.

Mobil telefonlar riskli diqqət yayınmasıdır

Sükan arxasında telefondan istifadə (həm əldə tutulma, həm də əldən istifadə etmədən) qəza riskini 4 dəfə artırır, eyni zamanda avtomobil idarə edərkən mesajlaşmaq bu riski təxminən 23 dəfə artırır. Telefondan istifadə edərkən sürücünün reaksiya vermə qabiliyyəti 50% yavaşdır.

Uşaq avto oturacaqları ciddi xəsarət və ölüm hallarını əhəmiyyətli dərəcədə azaldır

Uşaqları, xüsusilə də 4 yaşından kiçikləri uşaq oturacağında oturtmaq ölüm riskini 60%-ə qədər azaldır. 8-12 yaşlı uşaqlar üçün buster oturacaqlar yalnız təhlükəsizlik kəmərindən istifadə ilə müqayisədə xəsarət riskini 19% azaldır. Ən yaxşı qanunlar uşaqların ön oturacaqda oturmasını məhdudlaşdırır və yaş/boy/çəki üçün xüsusi oturacaqlar tələb edir.

Cəld reaksiya həyat xilas edir və xəsarət alanlar arasında əlilliyi azaldır

İnsan həyatı, yerində yardım, təcili tibbi yardım və əməliyyat üçün xəstəxanaya dərhal çatdırma və reabilitasiya xidmətlərindən erkən istifadə imkanı vasitəsilə xilas edilə bilər. Şahidlər təcili tibbi yardım xidmətini çağırmaqla və peşəkar kömək gələnə qədər ilk yardımı göstərməklə insan həyatını xilas edə bilərlər. 

Dünyanın bütün ölkələrində satılan avtomobillərin 80%-i əsas təhlükəsizlik standartlarına cavab vermir

Nəqliyyat vasitəsinin təhlükəsizliyi qəzanın qarşısının alınmasında və qəza zamanı ağır xəsarətlərin azaldılmasında əhəmiyyətli rol oynayır. Nəqliyyat Vasitəsinin Reqlamentlərinin Uyğunlaşdırılması üçün BMT-nin Dünya formu elektron stabillik nəzarəti, ön və yan təsirlərdən qorunma və piyada mühafizəsi də daxil olmaqla 7 nəqliyyat təhlükəsizliyi standartları tövsiyə edir.Yalnız 40 yüksək gəlirli ölkə bütün 7 və ya 8 reqlamenti qəbul etmişdir.

Yolların təhlükəsiz qurulmaması bütün yol istifadəçiləri üçün riski arıtır

Yollar bütün yol istifadəçiləri üçün təhlükəsiz şəkildə hazırlanmalıdır. Bu, piyadalar, velosipedçilər və motosikletçilər üçün müvafiq infrastrukturun yaradılması deməkdir. Səkilər, velosiped zolaqları, təhlükəsiz keçid nöqtələri və nəqliyyatı sakitləşdirmə kimi tədbirlər bütün yol istifadəçiləri arasında xəsarət riskini əhəmiyyətli dərəcədə azaldır.

 

Mənbə: https://www.who.int/news-room/facts-in-pictures/detail/road-safety