“Yol-hərəkəti təhlükəsizliyinin məktəblərdə tətbiqi”

Dec 21,2018 - XƏBƏRLƏRLAYİHƏLƏRTƏDBİRLƏR
No Image

Azərbaycan Milli Avtomobil Klubu(AMAK) “Yol-hərəkəti təhlükəsizliyinin məktəblərdə tətbiqi 2018/2019-cu il” layihəsinin davamı olaraq 20 və 21 dekabr 2018-ci il tarixlərində Yasamal rayonu 176 nömrəli tam orta məktəb, Xətai rayonu 165 nömrəli tam orta məktəb və Sabunçu rayonu 128 nömrəli tam orta məktəbin ibtidai sinif şagirdləri, şagirdlərinin valideynləri və müəllimləri ilə görüş keçirmişdir. Görüş zamanı iştirakçılara yol-hərəkəti təhlükəsizliyi ilə bağlı video çarxlar təqdim olunmuş, eyni zamanda uşaq avto oturacaqlarından istifadənin əhəmiyyəti, uşaqların piyada keçidlərindən yolu keçmələri, uşaqların yol-hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirilməsində valideynlərin rolu, həmçinin yol-hərəkəti təhlükəsizliyinin tədris proqramına salınması ilə bağlı qarşılıqlı müzakirələr aparılmışdır. Müzakirələr zamanı valideynlər yol-hərəkəti təhlükəsizliyinin tədris proqramına salınmasının çox önəmli olmasını qeyd etməklə yanaşı, məktəblərin ətrafında yol-hərəkəti nişanlarının qoyulması, piyada keçidlərində işiqforların işləməməsi, avtobus dayanacaqlarının məktəblərdən çox uzaqda yerləşməsi ilə bağlı şikayət və təkliflərini bildirmişlər.