No Image

Biz kimik?

AMAK Azərbaycanda avtomobil, yol xidmətləri və yol təhlükəsizliyi sahəsində geniş bir şəbəkənin yaradıcısıdır.

Azərbaycan Milli Avtomobil Klubu 1999-cu ildə təsis olunub və 2015-ci ildə 140 ölkədən 235-dən çox avtomobil klubunun (həm sport, həm mobillik üzrə klublar) və 80 milyondan çox şəxsin üzv olduğu Beynəlxalq Avtomobil Federasiyasına səsvermə nəticəsində mobillik statusu ilə üzv qəbul edilmişdir. FIA-ya üzvlük AMAK-a avtomobil xidmətləri və ümumilikdə mobillik sahəsində geniş beynəlxalq təcrübə və bilik mübadiləsindən faydalanmaq, bu təcrübənin Azərbaycanda tətbiqi, beynəlxalq layihələrdə iştirak və s. kimi üstünlüklər verir.

Bununla yanaşı, AMAK Yol Təhlükəsizliyi üzrə müxtəlif yaş qrupları və mövzularda bu sahədə fəaliyyət göstərən təcrübəli beynəlxalq təşkilatlarla birlikdə Azərbaycanda maarifləndirmə və tədqiqat layihələri həyata keçirir.

AMAK qeyri-kommersiya əsaslı təşkilatdır və bu da o deməkdir ki, kluba üzvlük haqları vasitəsilə əldə olunan vəsait klubun üzvləri üçün təklif olunan xidmətlərin sayının, keyfiyyətinin və səmərəliliyin artırılmasına, yol təhlükəsizliyi üzrə yeni layihələrin icrasına və ümumilikdə mobillik sahəsində faydalı layihələrin icrasına yönləndirilir. Buna görə də AMAK üzvləri təkcə üzv-müştəri deyil, klubun təklif etdiyi endirim və bonus proqramlarından faydalanır və həmçinin geniş klub fəaliyyətlərinin iştirakçısı da ola bilir.

Haqqımızda

AZƏRBAYCAN MİLLİ AVTOMOBİL KLUBUNA XOŞ GƏLMİSİNİZ!

Ətraflı

Niyə AMAK?

AMAK Beynəlxalq Avtomobil Federasiyasının (FIA) üzvüdür

Ətraflı

Yol Hərəkəti Təhlükəsizliyi

AMAK-ın əsas fəaliyyət istiqamətlərindən biri də yol hərəkəti təhlükəsizliyidir.

Ətraflı