No Image

TƏCİLİ YOL YARDIM XİDMƏTİ

"STARTER" üzvlük paketindən başqa, hər bir üzvlük paketinə yol yardımı xidmətləri daxildir. "Pro" üzvlük paketində yol yardımından istifadə üçün edilən zənglərin sayı məhduddur. (5 çağırış)

Yol yardımı xidməti dedikdə avtomobili hər hansı bir səbəbdən işlək hala gətirməkdə yaranan problemlər nəzərdə tutulur. Burada qəza nəticəsində avtomobilin qeyri-işlək hala düşməsi nəzərdə tutulmayıb və adi qaydada avtomobil təmiri mərkəzlərində göstərilən xidmətlər deyil, müvəqqəti təmir daxildir.

Avtomobilin təmir mərkəzində təmir edilməsi ilə əlaqəli xərclərə görə bütövlükdə sürücü cavabdehdir.

AMAK üzvlərinə müvəqqəti təmir sayılan yol yardımı xidməti Bakı şəhəri (Xırdalan şəhəri də daxil olmaqla) ərazisində hər gün 24 saat ərzində təmin olunur. Məqsədimiz yolda avtomobilin müvəqqəti təmirini təmin etməkdir, lakin bu mümkün olmadığı halda, sizin avtomobiliniz yaxınlıqda olan avtomobil təmir mərkəzinə evakuasiya olunacaq.

Bu xidmətdən yararlanmaq üçün mütləq *5858 nömrəsinə zəng etməlisiniz, əks halda sürücü tərəfindən birbaşa təşkil olunan yol yardımı xidmətinə görə AMAK tərəfindən heç bir ödəniş olunmayacaq.

Üzvlük kartınızın özünüzlə olması və tələb edildikdə təqdim edilməsi şərtdir. Üzvlük kartı təqdim olunmadıqda, AMAK-ın xidmətin göstərilməsindən imtina etmək hüququ vardır.

Yol yardımı xidmətindən "PRO" paketində 5, "VIP" paketində isə limitsiz şəkildə ödənişsiz yararlanmaq olar. Bu xidmət "STARTER" paketinə daxil deyil. 

Qeyd: Yol yardımı xidmətindən istifadə limitini keçdiyiniz təqdirdə belə, endirimli qiymətlərdən istədiyiniz qədər faydalana bilərsiniz.

Kluba üzv ol