No Image

Evakuator xidməti

Nəqliyyat vasitəsi evakuasiya edildikdən sonra təmir üçün əməkdaşlıq etdiyimiz servis mərkəzlərindən birinə və ya istəyinizə görə digər xidmət mərkəzinə aparıla bilər. Biz, həmçinin, avtomobilin ev ünvanına çatdırılmasını da təmin edə bilərik. Bütün hallarda, avtomobilin təmirinin xərcləri onun sürücüsü tərəfindən ödənilir.

Üzvlük paketi çərçivəsində evakuasiya xidməti 25 km məsafəyədək ödənişsiz təşkil olunur, Bakı və Xırdalan şəhərlərinin istənilən yerinə çatdırılmanı nəzərdə tutur. Gediləcək məsafə 25 km- dən artıq olarsa, üzv əlavə məsafəyə görə ödəniş etməlidir.

Evakuasiya xidmətini müraciətdən sonra mümkün qədər tez bir vaxt ərzində təmin etməyə çalışırıq. Bu vaxt bir neçə şərtlərdən asılıdır ki, buraya sizin avtomobilin yerləşdiyi yerə çatma vaxtı, verilmiş düzgün koordinatlar, tıxaclar və s. daxildir. Qanunla məhdudlaşdırılmış hallar istisna olmaqla, bütün hallarda evakuasiya xidməti göstərilir.

Xidmətdən istifadə üçün AMAK Əlaqə Mərkəzinə *5858-ə zəng etdikdə, aşağıdakı məlumatları təqdim etməyiniz xahiş olunur:

— Avtomobilinizin qeydiyyat nişanı

— Avtomobilinizin olduğu yer

Bundan əlavə, AMAK PRO üzvlərə avtomobilinizin təmirdə qalmasına ehtiyac olarsa, gediləcək ünvana çatmaq üçün taksi, VİP üzvlər üçün isə 1 günlük Bakı ərazisində istifadə üçün avtomobil təqdim edəcəkdir.

*Əgər üzv hər hansı bir səbəbdən evakuasiya xidmətindən imtina edərsə və evakuator məkana çatmayıbsa, bu zaman üzvdən heç bir ödəniş tələb olunmur. Yalnız imtina evakuator məkana çatdıqdan sonra olunarsa, bu halda üzv 5 AZN məbləğində ödəniş etməlidir.

Bu xidmətdən istifadə sayı üzvlük paketindən asılı olaraq dəyişir. Xahiş olunur, üzvlük paketinizlə yaxından tanış olasınız.

Qeyd: Üzvlər xidmətdən istifadə limitini keçdiyi halda belə, endirimli qiymətlə evakuator xidmətindən faydalana bilər.

Xidmətlər və xidmətlərin qiymətləri barədə ətraflı məlumat almaq üçün www.amak.az səhifəsinə daxil olun və ya *5858 nömrəsinə zəng edin.

 


QİYMƏTLƏR: Evakuator / Təcili Yol Yardımı xidmətləri

 

Kluba üzv ol