Konsyerj xidməti eksklüziv olaraq VIP üzvlük paketinə sahib olan üzvlərə təqdim edilir. Buraya servis mərkəzlərində üzvə rahat olan günün və saatın rezervasiya olunması, akkumulyator, mühərrik yağı, təkərlərin və ehtiyat hissələrinin endirimli qiymətlərlə sifarişi və çatdırılması daxildir.
Qeyd: Konsyerj xidməti çərçivəsində göstərilən xidmətlərin sayı daima artmaqdadır. Yeni xidmətlər barədə məlumatlar üzvlərə elektron poçt vasitəsilə göndəriləcək. Eyni zamanda, yeniliklər barədə məlumatı istənilən zaman www.amak.az səhifəsindən və ya *5858 nömrəsinə zəng etməklə əldə etmək olar.