26-27 may 2021-ci il tarixlərində Avropa Yenidənqurma və İnkişaf Bankının Yol Hərəkəti Təhlükəsizliyi Mühəndisliyi vebinarı keçirildi.

Jun 10,2021 - NEWS
No Image

26-27 may 2021-ci il tarixlərində keçirilmiş Avropa Yenidənqurma və İnkişaf Bankının Yol Hərəkəti Təhlükəsizliyi Mühəndisliyi vebinarında AYİB-in expertləri, AMAK və EASST-dən mütəxəssislər bütün yol istifadəçiləri üçün yol hərəkəti təhlükəsizliyinin inkişaf layihələri ilə bağlı əsas mövzuları müzakirə etdilər. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Baş Dövlət Yol Polisi, Bakı Nəqliyyat Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyi, SOCAR, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Yasamal Bələdiyyəsi, Azərbaycan Texniki Universiteti, ADA Universiteti, Abşeron Ceyranbatan Peşə Məktəbi, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nümayəndələri vebinarda iştirak etmişdir. Tədbirin 1-ci günü yol hərəkəti təhlükəsizliyi mühəndisliyi, sürətin idarəedilməsi, maraqlı tərəflərin iştirakı, həssas yol istifadəçilərinin məkan və ya zamana nəzərən ayrılması və bir çox digər mövzular müzakirə edildi və iştirakçılar onları maraqlandıran sualları təqdimatçılara ünvanlandırdılar. Tədbirin 2-ci günündə yol hərəkəti təhlükəsizliyi auditi, yol hərəkəti təhlükəsizliyinin iqtisadiyyatı, iqlim risklərinin qiymətləndirilməsi və idarə olunması, qiymətləndirmə reytinqi və digər vacib mövzularla bağlı təqdimatlar edildi. Eyni zamanda, vebinarın sonunda AYİB tərəfindən təmin olunmuş Yol Hərəkəti Təhlükəsizliyi Mühəndisliyi E-təlim kursunun ümumi məqsədi dizaynerlər, lahiyəçilər və mühəndislər üçün Təhlükəsiz Sistem Yanaşmasına əsaslanan düzgün yol hərəkəti təhlükəsizliyi və auditinin fundamental prinsiplərini təqdim etməkdir.