Nəqliyyat axınının sakitləşdirilməsi

Jul 27,2018 - MƏQALƏLƏR
No Image

Bu yaxında açıqlanan məlumatlara görə Azərbaycanda ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin 60%-i piyadaların iştirakı ilə baş verir.  

Küçələri necə daha təhlükəsiz etmək olar. Bir şeyi yaxşı anlamaq lazımdır: insan bədəni sürətlə hərəkət edən nəqliyyat vasitəsi qarşısında acizdir. Yaşayış məntəqələrində bizdə qəbul edilmiş 60 km/s  sürətlə gedən maşın piyadanı vurarsa, onun həlak olmaq ehtimalı 80%-ə yaxındır. Məhz bu səbəbdən inkişaf etmiş dövlətlərdə şəhər daxilində olan maksimal sürət məhdudiyyəti 50 km/s təşkil edir, yaşayış zolanalarından keçən ikinci dərəcəli küçələrdə isə sürət məhdudiyyəti 30 km/s olur.

Lakin məsələ müvafiq yol nişanlarının quraşdırılması ilə yekunlaşmamalıdır, əgər küçə daha sürətli hərəkətə imkan yaradırsa əksər sürücülər yol nişanlarının tələbinə əməl etməyəcək. Belə halda ən qabaqcıl cərimələmə mexanizmləri kömək etməyəcək, küçələrin özləri sürücüləri lazimi rejimdə sürməyi məcbur etməlidir və səhv qərarların verilməsini əvvəlcədən qarşısını almalıdır.  Beləliklə bütün sivil dünyada nəqliyyat mühəndisləri küçələrdə nəqliyyat axınının sakitləşdirilməsinə çalışırlar.

Nəqliyyat axınının sakitləşdirilməsi metodları

Hamının tanıdığı metod adi sürət qabarlarıdır və ya tramplinlər (лежачий полицейский), lakin bu metodun yol hərəkətinə və nəqliyyat vasitələrinə bir sıra problem yaratdığı üçün onun şəhərlərdə istifadəsi məhdud olmalıdır.

Ən sadə sakitləşdirmə metodu yollarda asfalt yerinə daşın istifadə edilməsidir, belə yollarda avtomobilin ifrat və arzu olunmayan sürətlə sürülməsi demək olar ki mümkünsüz edir.

Piyadalar üçün ən təhlükəli  yerlər keçid yerləri hesab edilir, buna gorə keçid yerlərində təhlükəsizlik adalarının inşası çox vacibdir.

Təhlükəsizlik adaları həm hərəkət hissəsini daraldır və sürücüləri sürəti azaltmağa məcbur edir:

Təhlükəsizlik adaları həm də hərəkkət trayektoriyasını nizamlayıraq sakitləşdirir, məsələn dönmə radiusunu azaldır.

Yol ayırıcılarında olan nizamlanmayan  piyada keçidlərində piyada səkilərində xüsusi çıxıntılarla küçədəki sürəti sakitləşdirmək də mümkündür.

Hərəkəti sakitləşdirmək üçün digər metodlardan biri düz yolu süni olaraq əyməkdir. Məsələn burada göstərildiyi kimi:

Alternativ olaraq bunu süni çıxıntılarla da etmək olar.

Piyada keçidlərinin səki səviyyəsinə qaldırmaq ən populyar metodlardan biridir, məsələn belə:

Və ya belə:

Bütün yol ayırıcını da səki ilə eyni səviyyəyə gətirmək olar, o zaman nəqliyyat vasitəsi küçədə üzünü qonaq hesab edir və diqqətli davranır.

Daha bir sakitləşdirmə metodu adi yol kəsiçmələrin yerinə dairəvi hərəkətin təşkilidir, burada da müasir təcrübə vacibdir.

Bəziləri bu metodları sürücü haqlarının pozulması kimi qəbul edəcək, lakin şəhər nəqliyyatında düzgün prioritetlər olmalıdır, şəxsi avtomobillərin istifadəsi tədricən azaldırmalıdır.