
Şəhərlərin küçə şəbəkəsi onun qan-damar sistemidir. İnsan qan-damar sistemində olduğu kimi küçələrin də fərqli funksiyaları var. Bəzi küçə növlərinin daha çox, bəzilərinin isə daha az nəqliyyat funksiyası var. Bu yazıda, həmçinin sizə küçələrin mümkün transformasiyasını da göstərmək istərdik.
Əsas magistral (arterial) prospektlər/küçələr
Əsas prospektlər şəhərin müxtəlif rayonlarını birləşdirən küçələrdir. Bu tip küçələrin həm ictimai nəqliyyat, həm də avtomobillərin intensiv hərəkəti baxımından çox vacib nəqliyyat funksiyası var.
Bakı şəhərində də bir neçə əsas prospekt var, lakin problem ondan ibarətdir ki,bu prospektlərdə avtomobillərin buraxılış funksiyası xüsusi ilə qabardılır.
Məsələn, şəkildə bu görünüşdə olan Heydər Əliyev prospektinin əvvəlki vəziyyəti görə bilərsiniz:
Heydər Əliyev prospektinin hazırki görünüşü:
Babək prospekti:
Nobel prospekti:
Beləliklə, gördüyünüz kimi əsas prospektlərə daha çox sürətli yol xüsusiyyəti verilir və ya ən azından buna cəhd edilir. Bu isə tamamilə yalnış həll yoludur.
Bəs müasir yanaşma nə deyir? Müasir yanaşmaya əsasən, belə bir geniş prospektdə ictimai nəqliyyat üçün daha əlverişli şərait yaratmaq olar.
Aşağıdakı şəkillərdə ictimai nəqliyyat üçün əlverişsiz olan prospektin transformasiyası göstərilmişdir:
Əvvəl:
Sonra:
Daha ensiz prospektləri isə 2-ci şəkildəki kimi etmək olar.
Əvvəl:
Sonra:
Şəhər əhəmiyyətli iri küçələr
Bu küçələrin də (bəzən isə onların adı prospektdir) çox vacib nəqliyyat funksiyaları var, lakin əsas prospektlərdən fərqli olaraq burada piyada və biznes fəallığı daha aktiv olur. Bakı şəhərində bu tip küçələr həm birtərəfli, həm də iki tərəfli olur. Avtomobillərin sürəti belə küçələrdə 50 km/s-dan çox ola bilməz.
Məsələn İnşaatçılar prospekti:
və ya Üzeyir Haçıbəyov küçəsi:
Azadlıq prospekti:
Hüseyn Cavid prospekti:
Təəssüf ki, belə küçələrdə də piyadaların, velosipedçilərin və ictimai nəqliyyatın maraqları ikinci plandadır. Bakı şəhərində ictimai nəqliyyat üçün əlverişsiz olan kifayət qədər iri birtərəfli küçələr var.
Müasir yanaşmada küçələrin qurulması aşağıdakı şəkillərdə göstərilmişdir.
Birtərəfli küçə yenidənqurmadan əvvəl:
Birtərəfli küçə yenidənqurmadan sonra:
İkitərəfli küçə yendiənqurmadan əvvəl:
İkitərəfli küçə yenidənqurmadan sonra:
Lokal küçələr
Lokal küçələrdə hərəkətin təşkilində tam prioritet piyadalara və velosipedçilərə verilməlidir. Avtomobillərin sürəti belə küçələrdə 30 km/s-dan çox ola bilməz.
Məsələn belə:
Və ya belə:
Ortaq küçələr (Common streets)
Ortaq küçələrə daha çox Avropa ölkələrində rast gəmək olar, ancaq təəssüf ki, Bakıda ortaq küçələr yoxdur. Ortaq küçədə piyada səkisi olmur və bütün yol ortaqdır. Piyadalar və sürücülər çox rahat şəkildə eyni zamanda ortaq küçədən istifadə edə bilərlər. Avtomobillərin sürəti belə küçələrdə 10-15 km/s-dan çox ola bilməz.
Ortaq küçələrin xüsusi nişanı da mövcuddur:
Ortaq küçə ola biləcək küçələr şəhərimiz mərkəzində çoxdur, lakin onlar hazırda xaotik parkinq üçün istifadə olunur.
1-ci şəkildə şəhərimizdə ortaq küçə kimi istifadə oluna biləcək küçəni görə bilərsiniz:
Digər şəkillərdə ortaq küçə nümunələri göstərilmişdir:
Növbəti nümunə:
Tam piyada küçəsi
Bakı şəhərində belə küçələr mövcuddur və demək olar ki, hər kəs onları tanıyır. Məsələn: Nizami küçəsinin bir hissəsi (Torqovaya), Nigar Rəfibəyli və Rəsul Rza küçələrinin bir hissəsi, Fəvvarələr meydanı və Məmmədəmin Rəsulzadə küçəsi. Bu küçələr şəhərimizin ən aktiv küçələri hesab olunur.