No Image

Yol hərəkəti təhlükəsizliyi layihə və kampaniyaları

AMAK tərəfindən həyata keçirilmiş sosial layihələr

AMAK yerli və beynəlxalq tərəfdaşları ilə birlikdə ölkədə yol hərəkəti təhlükəsizliyinin təşviq edilməsi üçün bir sıra beynəlxalq səviyyəli və yerli kampaniyalar təşkil edir. AMAK-ın hər il həyata keçirdiyi kampaniyaların siyahısı:

- TISPOL Yollarda Ölümsüz Bir Gün ( EDWARD Layihəsi)

- FIA Əlvan Ol (Stay Bright)

- Sürəti azalt, Həyatları xilas et. (Slow Down Save Lives)

- BMT Qlobal Yol Hərəkəti Təhlükəsizliyi Həftəsi (UN Global Road Safety Week)

- FIA 3500 həyat və s. (FIA 3500 lives)

- Əlilliyi olan şəxslər üçün müyəssər nəqliyyat

1. Əlilliyi olan İnsanlar üzrə maarifləndirmənin artırılması və hökumət, Mülki Cəmiyyət Təşkilatları (MCT) və mətbuat nümayəndələri arasında əməkdaşlığın təkmilləşdirilməsi

Bu layihənin məqsədi müxtəlif fəaliyyətlər vasitəsilə müvafiq hökumət, qeyri-hökumət, yerli və beynəlxalq qurumları, mətbuat və ən əsası MCT nümayəndələrini bir araya gətirərək, onları bu məsələ üzrə maarifləndirmənin artırılmasına cəlb etmək və problemin daha strukturlaşdırılmış və effektiv həlli üçün birgə platform ilə təmin etmək və əlilliyi olan insanların ehtiyaclarını prioritetləşdirmək və ictimaiyyətləşdirməkdə ölkənin ümumi səylərinə töhfə verməkdir.

Layihənin bir hissəsi kimi AMAK Azərbaycan Jurnalistlər Şəbəkəsi və ADA Universiteti ilə birgə 15 müxtəlif ənənəvi və sosial media nümayəndələri – Televiziya, qəzet, sayt, jurnal və s. üçün “Cəmiyyətdə əlilliyi olan insanlar haqqında düzgün anlayışın yaradılmasında medianın rolu” mövzusunda seminar keçirmişdir. Layihə ərzində AMAK əlilliyi olan insanların müyəssərlik ilə əlaqədar ehtiyacları və üzləşdikləri çətinliklər ilə bağlı ictimaiyyətin məlumatlılığını və mövqeyini müəyyən etmək üçün sosial təcrübə də keçirmişdir. Müyəssərliklə bağlı mövcud problemləri əks etdirən sosial təcrübənin video çarxı ümumi ictimaiyyət arasında maariflənmə səviyyəsinin artırılması üçün hazırlanmışdır.

2.Yol Hərəkəti Təhlükəsizliyinin Tədrisi üzrə Siyasətin Təbliği Kampaniyası

Bu layihənin məqsədi ölkənin bütün əsas qərarvericilərini bir araya gətirməklə Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin tədrisi siyasətinin dəyişilməsinə nail olmaq üçün Yol Hərəkəti Təhlükəsizliyinin Tədrisi üzrə effektiv təbliğat kampaniyası hazırlamaq və həyata keçirməkdir.

AMAK yol hərəkəti təhlükəsizliyinin tədrisinə daha çox diqqət ayırmağı planlaşdırır və bu layihədəki fəaliyyətlərə yol hərəkəti təhlükəsizliyinin əhəmiyyəti ilə bağlı maariflənmənin artırılması məqsədilə uşaqlar, müəllimlər, valideynlər və yaşlılar arasında maarifləndirmə kampaniyaları daxildir. Layihənin ən vacib və ayrılmaz elementi 2019-cu ilin sonuna qədər Yol Hərəkəti Təhlükəsizliyi Fənnini tədris kurrikulumuna daxil etmək barədə qərarın qəbul edilməsi və bununla bağlı təbliğatın aparılmasıdır.
Bu layihənin bir hissəsi olaraq AMAK təbliğat kampaniyasının bir parçası kimi məktəblərdə müəllimlər və valideynlərlə davamlı maarifləndirmə sessiyaları/görüşləri keçirir, yol hərəkəti təhlükəsizliyinin tədrisinin kurrikulumun bir hissəsi olmasının əhəmiyyətini anlamalarını və onların (müəllimlər və valideynlər) petisiyalar, ictimai sahədə və əsas maraqlı tərəflərin (Baş Dövlət Yol Polisi, Təhsil Nazirliyi və digər hökumət qurumları, media, müvafiq mülki cəmiyyət təşkilatları) iştirakı ilə müxtəlif media kanallarında ictimai maarifləndirmə kampaniyalarında iştirakı vasitəsilə ümumi gedişata necə töhfə verəcəyini təmin etmək üçün müəllim və valideynləri təbliğat prosesinə cəlb edir.

3. Bakı məktəb və bağçalarda Yol Hərəkəti Təhlükəsizliyi Tədrisi
Pilot layihə 2016-2017-ci illərdə Azərbaycan Respublikası Dövlət Yol Polisi, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi, Təhsil Nazirliyi, ADA Universiteti, Bakı Mühəndislik Universiteti və 1 saylı Uşaq-Gənclər inkişafı mərkəzi ilə birgə həyata keçirilmişdir. İngilis dilindən Azərbaycan və Rus dillərinə tərcümə edilmiş EASST Yol Hərəkəti Təhlükəsizliyi Təhsil Paketinə əsasən, Bakı şəhərinin 5 pilot məktəb və 5 uşaq bağçasının Rus və Azərbaycan bölmələrindən olan uşaqlara həm rəsmi və həm də qeyri-rəsmi təhsil şəraitində yol hərəkəti təhlükəsizliyi tədris edilmişdir. 4 yaşdan 14 yaşa qədər olan məktəb və bağça uşaqları, həmçinin onların müəllimləri, valideynləri və AMAK-la əməkdaşlıq edən universitetlərin könüllü təlimçiləri üçün bu layihə çox faydalı olmuşdur.

4. Taksi sürücülərinə və onların rəhbərlərinə Yol Hərəkəti Təhlükəsizliyi və İlk Tibbi Yardım təlimlərinin keçirilməsi
Layihə Bakı Taksi Xidməti MMC, EASST, Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi, Səhiyyə Nazirliyi (İSİM) və Avtostop Media ilə birgə həyata keçirilib. Layihə çərçivəsində Bakı Taksi Xidməti MMC rəhbərliyinə və taksi sürücülərinə (200 nəfərə qədər) təlim keçirilmək, taksi sürücülərinin, eləcə də sərnişinlərin yol hərəkəti təhlükəsizliyi qaydaları ilə tanış etmək və onları təhlükəsizlik qaydalarına riayət etməyə çağırmaq nəzərdə tutulurdu.

5. Piyada sorğusu: Bakıda yol hərəkəti təhlükəsizliyi barədə piyadaların bilik, düşüncə və münasibətlərini müəyyənləşdirmək
Yol hərəkəti təhlükəsizliyi məlumatlarının toplanması prosesinə olan marağın artmasını, yol hərəkəti strategiyalarını və piyada davranış meyllərini, yol hərəkəti təhlükəsizliyi məlumatlarında mövcud boşluqları və ehtiyaclara əsaslanan qərarların qəbul edilməsi zərurətini nəzərə alaraq, AMAK Bakı ərazisində piyadalar arasında sorğu həyata keçirmişdir. Yol hərəkəti təhlükəsizliyi və piyada ehtiyaclarının qiymətləndirmək məqsədilə həyata keçirilən sorğular Azərbaycanda piyadaların bu mövzuda (yol hərəkəti təhlükəsizliyi) biliklərini artırmaq, münasibətlərin və davranışların dəyişməsinə nail olmaqdır. Layihənin bir hissəsi olaraq 2016-cı ilin iyun ayında Bakının 12 rayonu ərazisində 1200 piyada arasında sorğu keçirilmişdir. Bu layihə bu günə qədər yol hərəkəti təhlükəsizliyi üzrə həyata keçirilən ilk və ən iri miqyaslı sorğu təşəbbüsüdür.
AMAK sorğunun keçirilməsi üçün Bakı Şəhər Yol Polisi İdarəsinin dəstəyi ilə şəhərin 12 rayonunda, piyada keçidlərinin yaxınlığında, piyada sıxlığının ən yüksək olduğu yerləri seçmişdir.

6. Azərbaycanda əlilliyi olan insanlar üçün müyəssər nəqliyyat: məlumatların toplanması, təkliflər paketinin hazırlanması
Layihə çərçivəsində Bakı və Gəncə şəhərlərində 200 respondentlə sorğu, 10 respondentlə müsahibə, əlillik sahəsində çalışan mütəxəssislərin iştirakı ilə Fokus Qrup və Dəyirmi Masa müzakirələri planlaşdırılır. Bu layihə bütün aidiyyəti hökumət və qeyri-hökumət nümayəndələrini, əlilliyi olan uşaqları, gəncləri və böyükləri, onların ailələrini, mütəxəssisləri bir araya gətirərək əlilliyi olan şəxslərin yollarda və nəqliyyatda üzləşdiyi problemlərin həlli yollarını axtarmağı məqsəd seçmişdir. Layihənin uğurla həyata keçirilməsi üçün əlaqədar hökumət və QHT qurumları ilə sıx əməkdaşlıq qurulmuşdur. Layihə çərçivəsində həyata keçirilən bütün fəaliyyətlərin həmin qurumlarla əməkdaşlıq çərçivəsində baş tutmuşdur.

7. Avtomobillərdə uşaq təhlükəsizliyi
Hazırda Azərbaycanda şəxsi avtomobili olan vətəndaşların yalnız 17%-i uşaq avto-oturacaqlarından istifadə edir və bunun ən əsas səbəblərindən biri valideynlərin bu barədə məlumatsızlığı və ya avto-oturacağın uşağın təhlükəsizliyi üçün vacibliyinə ciddi yanaşmamalarıdır. Nəticədə isə yol qəza hadisələri zamanı uşaqlar müxtəlif dərəcəli xəsarətlər alır, əlillik qazanır və ya həyatlarını itirirlər. Bu kimi halların qarşısını almaq və ya azaltmaq məqsədilə layihə çərçivəsində valideynlər/himayədarlar arasında uşaq avto-oturacaqlarını təbliğ etmək üçün maarifləndirmə kampaniyası, o cümlədən, sorğular, uyğun mövzularda təlimlər keçirilməsi planlaşdırırlır.

8. “BMT V Qlobal Yol Hərəkəti Təhlükəsizliyi Həftəsi”-nə həsr olunmuş #SpeakUp kampaniyası

AMAK kampaniya çərçivəsində AR DİN Baş Dövlət Yol Polis İdarəsi və Təhsil Nazirliyi ilə birgə Ələt qəsəbəsi 302 saylı tam orta məktəbdə yol hərəkəti təhlükəsizliyi(YHT) ilə bağlı valideyn və şagirdlərlə maarifləndirmə görüşü keçirmişdir. Kampaniyanın bir hissəsi olaraq AMAK 10 may 2019-cu il tarixində Ələt qəsəbəsi 302 saylı tam orta məktəbdə və Yasamal rayonu ərazisində“Məktəbətrafı ərazilərdə piyadalar üçün təhlükəli zonaların müəyyənləşdirilməsi” ilə bağlı sorğu keçirmişdir. Kampaniyanın yekunu olaraq AMAK 14 may 2019-cu il tarixində ADA universitetində, “Yol-hərəkəti təhlükəsizliyi üzrə liderlik və əməkdaşlıq” mövzusunda dövlət qurumları, qeyri-hökümət təşkilatları və medianın iştirakı ilə Dəyirmi Masa tədbiri keçirmişdir. Tədbirdə“Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”-nın məqsədlərinə uyğun olaraq cəmiyyətin maarifləndirilməsində KİV-in, hökumət və qeyri-hökumət təşkilatlarının birgə fəaliyyəti və rolu, həmçinin YHT sahəsində beynəlxalq və milli səviyyədə mövcud vəziyyət,sahəyə aid problemlər və nailiyyətlərlə bağlı məlumatın cəmiyyətə düzgün ötürülməsi, yol hərəkəti təhlükəsizliyi sahəsində dövlət qurumları və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın gücləndirilməsi ilə bağlı müzakirələr aparılmışdır.

Yol Hərəkəti Təhlükəsizliyi

AMAK-ın əsas fəaliyyət istiqamətlərindən biri də yol hərəkəti təhlükəsizliyidir.

Ətraflı

Mobil tətbiqlər

AMAK tərəfindən hazırlanmış yol hərəkəti təhlükəsizliyi mobil tətbiqləri

Ətraflı

Rəsmi Rəylər

AMAK xidmətləri haqqında rəyiniz verin.

Ətraflı